--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

Aysel Əlibəyli 24 Avqust 2026 · 20:25 1058 baxış

Tehranla əməkdaşlıq edən şirkətlər və maliyyə qurumları dollar sistemindən kənarlaşdırıla bilər

Elpress.az xəbər verir ki, ABŞ administrasiyası İrana qarşı maliyyə təzyiqlərini daha da gücləndirməyə hazırlaşır. Yeni tədbirlərin Tehranla iqtisadi əlaqələrini davam etdirən ölkə, şirkət və maliyyə qurumlarına ciddi təsir göstərəcəyi gözlənilir.ABŞ maliyyə naziri Skott Bessentin avqustun 24-də İrana qarşı ikinci dərəcəli sanksiyaların əhatəsinin genişləndirilməsini nəzərdə tutan tədbirləri açıqlayacağı bildirilir. Bessent planlaşdırılan addımları “iqtisadi D-Day” adlandıraraq, bunun ABŞ-ın rəqibinə qarşı həyata keçirdiyi ən genişmiqyaslı maliyyə təzyiqlərindən biri olacağını qeyd edib.Yeni sanksiyaların İranla iqtisadi əməkdaşlıq edən şirkətlərə, banklara və digər qurumlara şamil edilə biləcəyi bildirilir. Xüsusilə İran neftinin alınması və daşınmasında iştirak edən şirkətlərin, valyuta mübadiləsi həyata keçirən maliyyə qurumlarının və Tehranın idxal əməliyyatlarına dəstək verən vasitəçilərin hədəfə alınacağı gözlənilir.Bundan əlavə, aviasiya sektorunda fəaliyyət göstərən bəzi şirkət və qurumların da yeni sanksiyaların əhatəsinə düşə biləcəyi qeyd olunur. Tədbirlərin əsas məqsədinin İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmaq və Tehranla iqtisadi əlaqələri davam etdirən tərəflərə təzyiq göstərmək olduğu bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ali məktəblərdə vakant yerlər üzrə ixtisas seçimi başlayır

Next Article

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avropa İttifaqından Rusiyanın Baş prokuroruna sanksiya

Aysel Əlibəyli 15 İyun 2026 · 15:22 1112 baxış Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək 80-dən çox şəxs və təşkilatı qara siyahıya daxil edib. Elpress.az xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.Yeni […]

Gürcüstanda tələbələr üçün yeni maliyyələşmə qaydası

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:24 1064 baxış Gürcüstan universitetlərində təhsil haqqının dövlət tərəfindən ödənilməsi şərtləri açıqlanıb Elpress.az xəbər verir ki, Gürcüstanda dövlət universitetlərində təhsil alan tələbələrin maliyyələşdirilməsi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib.Təhsil, Elm […]

Ərdoğanın Suriyaya səfərinə hazırlıq görülür

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 20:02 1064 baxış Hakan Fidan: Ərdoğanın yaxın gələcəkdə Suriyaya səfəri planlaşdırılır Elpress.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın gələcəkdə Suriyaya səfəri planlaşdırılır.Türkiyənin xarici işlər naziri Hakan […]