--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Ağdamda Şeyx Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 15:09 1066 baxış

Beynəlxalq tədbirdə Qarabağın dini irsi və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri müzakirə olunub

Elpress.az xəbər verir ki, Ağdam şəhərində Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində görkəmli Azərbaycan alimi, ilahiyyatçı-filosof Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans təşkil edilib.Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə işğal dövründə Qarabağda 67-dən çox məscid və dini məbədin dağıdıldığını bildirib. O, Ağdam Cümə məscidinin də vandalizmə məruz qaldığını diqqətə çatdırıb.Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsi Emin Hüseynov isə Ağdamda həyata keçirilən bərpa və quruculuq layihələrindən danışıb.Çıxışlarda regionda sülh və sabitliyin qorunmasının, eləcə də işğaldan azad edilmiş ərazilərdə dini və mədəni irsin bərpasının əhəmiyyəti vurğulanıb.Konfransın ardından iştirakçılar Ağdam Cümə məscidində namaz qılıb, daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər. Tədbir iştirakçılarının günün ikinci yarısında Xocalı və Şuşaya səfər etməsi planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ermənistan məhkəməsi TRIPP sazişinə hüquqi qiymət verdi

Next Article

Putin seçkilərlə bağlı rusiyalılara müraciət edəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Akademik Musiqili Teatrda yubiley tamaşası nümayiş etdirilib

Aysel Əlibəyli 16 İyul 2026 · 14:02 1078 baxış Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Elpress.az xəbər verir ki , Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik […]