--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Təyyarə heyətinin iş və istirahət vaxtı yenidən tənzimlənəcək

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 12:48 1106 baxış

Kommersiya uçuşlarında heyətin iş və uçuş saatlarına yeni limitlər müəyyənləşir

Elpress.az xəbər verir ki, Kommersiya hava daşımalarında çalışan təyyarə heyətinin iş, uçuş və istirahət vaxtlarının beynəlxalq standartlara uyğun tənzimlənməsi təklif olunur.Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliklərə əsasən, hava gəmisi heyətinin iş vaxtı 7, 14 və 28 ardıcıl gün, eləcə də bir təqvim ili üzrə müəyyən ediləcək.Uçuş vaxtı üçün isə 28 ardıcıl gün, bir təqvim ili və ardıcıl 12 təqvim ayı üzrə maksimal hədlərin tətbiqi nəzərdə tutulur.Layihənin əsas məqsədi aviasiya heyətinin iş və istirahət rejimini yorğunluğun idarə edilməsi üzrə beynəlxalq standartlara uyğunlaşdırmaqdır. Bununla əlaqədar Əmək Məcəlləsində nəzərdə tutulan ümumi iş vaxtı normalarından aviasiya sahəsi üçün istisnaların müəyyənləşdirilməsi və müvafiq qaydaların Nazirlər Kabineti tərəfindən təsdiqlənməsi təklif edilir.Qeyd olunub ki, mövcud iş vaxtı məhdudiyyətləri 13-14 saat davam edən uzaq məsafəli uçuşların təşkilində çətinliklər yarada bilər. Yeni tənzimləmələrin isə yerli aviaşirkətlərin rəqabət imkanlarını artıracağı və uçuş istiqamətlərinin genişləndirilməsinə şərait yaradacağı gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukraynanın istefa vermiş Baş prokuroru ölkəni tərk edib

Next Article

Kamran Əliyev İƏT Baş prokurorlarının iclasında iştirak edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dünya neft bazarında eniş dalğası

Aysel Əlibəyli 13 İyun 2026 · 09:50 1128 baxış Londonun ICE birjasında aparılan ticarət əməliyyatları zamanı “Brent” markalı neft üzrə 2026-cı ilin avqust ayı üçün fyuçers müqavilələrinin qiyməti 3,37 faiz azalaraq bir barel üçün 87,33 […]

Azərbaycan və “John Deere” aqrar əməkdaşlığı genişləndirir

Aysel Əlibəyli 16 İyul 2026 · 18:34 1100 baxış Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə səfərdə olan “John Deere” şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru […]

G7 neft ehtiyatlarının bir hissəsini bazara çıxaracaq

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 08:55 1086 baxış “Böyük yeddilik” ölkələri qlobal enerji bazarında qiymət artımının və dalğalanmaların qarşısını almaq üçün əlavə neft ehtiyatlarının satışa çıxarılması barədə qərar qəbul edib. Elpress.az xəbər verir ki, […]

Gömrük statistikası Kənd Təsərrüfatı Nazirliyinə də təqdim ediləcək

Aysel Əlibəyli 14 Avqust 2026 · 13:36 1070 baxış Xarici ticarət üzrə gömrük məlumatlarının təqdim olunduğu dövlət qurumlarının siyahısı genişləndirilib Elpress.az xəbər verir ki, Azərbaycanda xarici ticarətə dair gömrük statistikası məlumatlarının təqdim ediləcəyi dövlət qurumlarının […]