Elpress.az xəbər verir ki, Prezidentin köməkçisi Şahmar Mövsümov rəqəmsal texnologiyalar sahəsində güzəşt və imtiyazları nəzərdə tutan qanun layihəsi ilə bağlı açıqlama verib.
O bildirib ki, Milli Məclisin 2026-cı il 14 iyul tarixində qəbul etdiyi 453 nömrəli qanun Azərbaycan Konstitusiyasının 110-cu maddəsinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən yenidən baxılması üçün parlamentə qaytarılıb.Şahmar Mövsümovun sözlərinə görə, həmin müddət ərzində sənəd aidiyyəti dövlət qurumları ilə birlikdə yenidən müzakirə olunub və müəyyən təkmilləşdirmələr aparılıb.
Prezidentin köməkçisi qeyd edib ki, qanunun Milli Məclisə qaytarılması onun müddəalarının daha da dəqiqləşdirilməsinə, dövlət dəstəyinin əsas istiqamətlərinin və tətbiq mexanizmlərinin konkretləşdirilməsinə imkan yaradıb.Onun sözlərinə görə, yenilənmiş qanun layihəsi məhz bu məqsədlərə xidmət edir.


