--:--:-- | 24 Sentyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

2027-ci ilin büdcəsində sosial xərclərin payı açıqlanıb

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 17:46 1010 baxış

Azərbaycanın 2027-ci il dövlət büdcəsində sosialyönlü xərclərin xüsusi çəkisinin 44 faiz təşkil etməsi nəzərdə tutulur.

Elpress.az xəbər verir ki, Bu barədə Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin iclasında məlumat verib.Onun sözlərinə görə, əhalinin, şəhid ailələrinin, qazilərin və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Son illər bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində sosial ödənişlərin, pensiyaların və əməkhaqlarının artırılmasına dövlət büdcəsindən əhəmiyyətli vəsait ayrılıb.

Baş nazir bildirib ki, 2027-ci ildə də sosial sahənin maliyyələşdirilməsi prioritet istiqamətlərdən biri olaraq qalacaq.Əli Əsədov müdafiə və milli təhlükəsizlik xərclərinin də gələn ilin büdcəsində mühüm yer tutacağını qeyd edib. Bu istiqamətə 8,8 milyard manat ayrılması planlaşdırılır ki, bu da ümumi büdcə xərclərinin 21 faizinə bərabərdir.İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinə də toxunan Baş nazir bildirib ki, həmin ərazilərdə dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.

Qeyd olunub ki, Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə 10 şəhər, 3 qəsəbə və 34 kənd olmaqla, ümumilikdə 47 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Hazırda bu ərazilərdə 93 mindən çox insan yaşayır, işləyir və təhsil alır.Əli Əsədovun sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsində investisiya yönümlü strategiyaların və dövlət proqramlarının maliyyələşdirilməsi üçün də kifayət qədər vəsait nəzərdə tutulur. 2025-ci ildə və 2026-cı ilin ötən dövründə su, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi və turizm sahələrini əhatə edən dövlət proqramları qəbul edilib və bu istiqamətlər üzrə əsas prioritetlər müəyyənləşdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Babək Rayon İcra Hakimiyyətində rəhbər dəyişikliyi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mərkəzi Bank uçot faiz dərəcəsini dəyişmədi

Aysel Əlibəyli 31 İyul 2026 · 10:15 1050 baxış Azərbaycan Mərkəzi Bankı növbəti pul siyasəti qərarını açıqlayıb və uçot faiz dərəcəsini əvvəlki səviyyədə saxlamaq qərarına gəlib. Elpress.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarına […]

Neft hasilatı 45% geriləyib

Aysel Əlibəyli 13 May 2026 · 18:33 1120 baxış Yaxın Şərq və Körfəz bölgəsində münaqişə başlayandan neft hasilatı 45% geriləyib.Aprel ayında OPEC və təşkilata daxil olmayan bəzi neft istehsalçılarının yer aldığı OPEC+ alyansında gündəlik neft […]