--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Energetika naziri: Qırğızıstan günəş və külək enerjisinə yatırımları artırır

Aysel Əlibəyli 01 İyun 2026 · 15:07 1160 baxış

Qırğızıstan elektrik enerjisinin təxminən 90 faizini hidroenerji mənbələrindən əldə etməklə, bərpa olunan enerji sahəsində yüksək asılılığa malik ölkələrdən biri kimi çıxış edir

Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən nazirlər səviyyəsində plenar sessiyada çıxış edən Qırğızıstanın energetika naziri Taalaybek İbrayev bildirib ki, ölkədə istehsal olunan elektrik enerjisinin təxminən 90 faizi hidroelektrik stansiyaların payına düşür və bu, Qırğızıstanın enerji balansında su resurslarının həlledici rolunu göstərir.Nazirin sözlərinə görə, Qırğızıstan Mərkəzi Asiyanın vahid enerji sistemi daxilində Qazaxıstan və Özbəkistanla sıx əməkdaşlıq edir, belə ki, elektrik enerjisi çatışmazlığı yaranan dövrlərdə ölkə qonşularından dəstək alaraq enerji sabitliyini qoruyur.T.İbrayev həmçinin qeyd edib ki, 60 ildən artıq istismar olunan hidroelektrik stansiyalarda modernləşdirmə işləri aparılır, bununla yanaşı günəş və külək enerjisi layihələrinin genişləndirilməsi istiqamətində də addımlar atılır.Nazirin vurğuladığına görə, Qırğızıstan yaşıl enerji istehsalını artırmaq və enerji təchizatının dayanıqlığını gücləndirmək məqsədilə enerji sektorunda islahatları ardıcıl şəkildə davam etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qəbul imtahanının ikinci cəhdində iştirak etmək istəyənlər

Next Article

25 yaşlı gənc bıçaqlanıb.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qiymətli Metalların Qiyməti Aşağı Düşdü

Elşən 24 Aprel 2026 · 09:56 1214 baxış Dünya əmtəə bazarlarında qiymətli metalların qiymətində azalma müşahidə olunub. Elpress.az-ın APA-ya istinadən verdiyi məlumata görə, COMEX birjasında qızılın iyun fyuçersləri 0,71% (33,60 dollar) enərək 4 690,40 dollara […]

Azərbaycan və Türkiyə yeni enerji layihələri üzərində işləyir

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:28 1124 baxış Ceyhun Bayramov alternativ enerjinin Avropaya çatdırılması layihələrini açıqlayıb Elpress.az xəbər verir ki, Azərbaycan və Türkiyə arasında qarşıdakı onilliklərə hesablanan yeni layihələr üzrə iş aparılır.Bunu Azərbaycanın xarici […]

Rayon pensiyaçıları üçün ödəniş tarixi bəlli oldu

Aysel Əlibəyli 16 İyun 2026 · 15:49 1224 baxış Rayonlarda qeydiyyatda olan pensiyaçıların bu ay üzrə pensiya ödənişlərinin ən gec 19-dək həyata keçirilməsi planlaşdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu […]