--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Qida təhlükəsizliyi üzrə Dövlət Proqramı təsdiqlənib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:18 1056 baxış

2027-2032-ci illər üçün qida təhlükəsizliyi tədbirlərinin əsas istiqamətləri müəyyənləşdirilib

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamla Dövlət Proqramı təsdiqlənib və sənəddə nəzərdə tutulan məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.Qida Təhlükəsizliyi Agentliyi proqram çərçivəsində nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirəcək. Agentlik görülən işlər və tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat təqdim etməlidir.Dövlət Proqramının icrasının monitorinqi və qiymətləndirilməsi isə Qida Təhlükəsizliyi Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən aparılacaq.Proqramda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün zəruri vəsaitin hər il dövlət büdcəsi və dövlət investisiya proqramlarının hazırlanması zamanı nəzərə alınması istiqamətində Maliyyə və İqtisadiyyat nazirlikləri tərəfindən müvafiq tədbirlər görüləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev Töhfə Sazişini təsdiqləyib

Next Article

Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Metro sərnişinlərinin sayı 3,9 faiz azalıb

Aysel Əlibəyli 17 Oktyabr 2026 · 14:46 1062 baxış 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda metro nəqliyyatından 156 milyon 158,2 min sərnişin istifadə edib. Elpress.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici ötən […]

“Azeri Light” neftinin qiyməti yenidən ucuzlaşıb

Aysel Əlibəyli 06 Avqust 2026 · 09:59 1086 baxış Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində növbəti eniş qeydə alınıb. Elpress.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,64 ABŞ […]

MİDA-dan 12 min ailəyə MÜJDƏ

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 21:09 1086 baxış Elpress.az xəbər verir ki, indiyədək Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” sistemi vasitəsilə 12 minə yaxın ailə mənzil sahibi olub. Agentliyin Aparat rəhbəri Cəmşid Əmirovun […]

Gələn il 67 şəhər və rayon büdcədən dotasiya almayacaq

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 11:23 1086 baxış 2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun yerli xərclərinin öz gəlirləri hesabına qarşılanması nəzərdə tutulur. Bu ərazilərə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən dotasiya ayrılması planlaşdırılmır. […]