Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində növbəti eniş qeydə alınıb.
Elpress.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,64 ABŞ dolları və ya 0,7 faiz azalaraq 91,04 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən ticarət günündə Azərbaycan neftinin bir bareli 91,68 ABŞ dollarına satılıb.Xatırladaq ki, “Azeri Light” markalı neftin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.
Məlumat üçün bildirək ki, 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı neftin orta qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.



