2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda metro nəqliyyatından 156 milyon 158,2 min sərnişin istifadə edib.
Elpress.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və ya 3,9 faiz azdır.
Ümumilikdə, hesabat dövründə ölkənin nəqliyyat sektorunda 1 milyard 771 milyon 305,6 min sərnişin daşınıb. Bu isə 2025-ci ilin eyni ayları ilə müqayisədə 156 milyon 793 min nəfər və ya 9,7 faiz artım deməkdir.


