--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Nazir beynəlxalq tribunalardan çağırış səsləndirib

Aysel Əlibəyli 03 İyun 2026 · 18:03 1210 baxış

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edərək ölkədə həyata keçirilən sosial və rəqəmsal islahatlardan danışıb.

Elpress.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.Bildirilib ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri olan Anar Əliyev çıxışında rəqəmsal texnologiyaların və süni intellektin tətbiqinin ölkənin əsas inkişaf prioritetlərindən biri olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən sosial islahatların nəticələrindən bəhs edib.Nazir qeyd edib ki, əmək, məşğulluq və sosial müdafiə sahələrində təqdim olunan 150 xidmətin 90 faizdən çoxu rəqəmsallaşdırılıb, 50-dən artıq xidmət isə proaktiv qaydada vətəndaşlara təqdim edilir. Onun sözlərinə görə, “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platforması kimi fəaliyyət göstərir və aktiv əmək müqavilələrinin 97 faizi elektron formada bu sistem üzərindən bağlanıb.Anar Əliyev həmçinin DOST konsepsiyasının uğurlarına toxunaraq Azərbaycanın artıq Beynəlxalq Əmək Təşkilatının 60 konvensiyasına qoşulduğunu, daha dörd konvensiyanın ratifikasiya imkanlarının nəzərdən keçirildiyini bildirib.Nazir işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərindən, əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən tədbirlərdən də danışıb. O, Azərbaycan ilə BƏT arasında həyata keçirilən iki Layiqli Əmək Ölkə Proqramının uğurla başa çatdığını, 2025–2029-cu illəri əhatə edən növbəti proqramın isə ötən ilin sonunda imzalandığını diqqətə çatdırıb.Sessiya çərçivəsində Anar Əliyev BƏT-in Baş direktoru Jilber Hunqbo ilə də görüş keçirib. Görüşdə əmək münasibətlərinin rəqəmsallaşdırılması, gender islahatları, beynəlxalq sənədlərin ratifikasiyası və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ödəniş kartları üçün yeni təhlükəsizlik standartları tətbiq olunacaq

Next Article

Tanınmış media nümayəndəsindən xoş xəbər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İqtisadi zonalar Azərbaycanda investisiya imkanlarını genişləndirir

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 13:57 1088 baxış Elnur Bağırov sənaye və logistika infrastrukturlarının investorlar üçün yaratdığı imkanlardan danışıb Elpress.az xəbər verir ki, İqtisadi zonalar Azərbaycanda investisiya imkanlarının genişləndirilməsinə şərait yaradır.Bunu Antiinhisar və İstehlak […]

Bakıda mansard mənzillər adi evlərdən nə qədər ucuzdur?

Aysel Əlibəyli 29 İyun 2026 · 12:27 1174 baxış Bakıda mansard mənzillərə maraq artır: Daha münasib qiymət, amma hansı risklər var? Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Bakıda daşınmaz əmlak bazarında mansard tipli mənzillər son […]

Qeydiyyatda olan işsizlərin sayı artıb

Aysel Əlibəyli 24 İyul 2026 · 15:54 1102 baxış Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı 248,5 min nəfərə çatıb Elpress.az xəbər verir ki, 2026-cı il iyulun 1-nə olan məlumata əsasən, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyatda […]

SOCAR 7 ayda 175,7 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:52 1062 baxış SOCAR-ın qeyri-neft ixracında illik müqayisədə 28 faizdən çox azalma qeydə alınıb Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari […]