--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Muxtar Babayev: İqlim dəyişiklikləri fermerlərin fəaliyyətinə təsir edir

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 23:59 1042 baxış

Elpress.az xəbər verir ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində kənd təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması məsələləri diqqət mərkəzində olub.
Tədbir zamanı Kənd Təsərrüfatı Nazirliyi ilə birgə su və torpaq ehtiyatlarının qorunması, müasir texnologiyaların tətbiqi, maliyyə imkanlarının genişləndirilməsi və fermerlərə dəstəyin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bildirib ki, iqlim dəyişiklikləri artıq fermerlərin ərzaq istehsalı apardığı şəraitə təsir göstərir.
Onun sözlərinə görə, COP29 çərçivəsində irəli sürülən Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün əsas məqsədi qlobal iqlim tədbirlərinin fermerlər üçün real nəticələrə çevrilməsinə və onların dayanıqlığının artırılmasına nail olmaqdır.
Muxtar Babayev qeyd edib ki, COP31-ə hazırlıq prosesində qəbul edilən öhdəliklərin praktiki fəaliyyətə çevrilməsi istiqamətində işlər davam etdirilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şəkidə kanat qəzasında 2 nəfər öldü – TƏCİLİ YARDIMDAN AÇIQLAMA

Next Article

Ərdoğan Azərbaycanın Türkiyədəki yeni səfirini qəbul edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda lazer hamarlamanın tətbiqi genişləndirilir

Aysel Əlibəyli 16 İyun 2026 · 11:32 1140 baxış Azərbaycanda kənd təsərrüfatında su ehtiyatlarından səmərəli istifadənin artırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə müasir texnologiyaların tətbiqi genişləndiriləcək. Elpress.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur […]