--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Şəkidə kanat qəzasında 2 nəfər öldü – TƏCİLİ YARDIMDAN AÇIQLAMA

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 22:20 1084 baxış

Elpress.az xəbər verir ki, Şəki rayonunun Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində baş verən kanat qəzası nəticəsində iki nəfər həyatını itirib.

Məlumata görə, sentyabrın 8-də saat 14:50 radələrində hadisə ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.TƏBİB-dən bildirilib ki, briqada tərəfindən iki nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.İlkin məlumata əsasən, istirahət mərkəzində kanatın trosunun qırılması nəticəsində iki nəfər yüksəklikdən yerə düşüb.Həlak olanlardan birinin 1996-cı il təvəllüdlü, Qax rayonunun Zərnə kənd sakini Coşqun Ceyhun oğlu Məmmədov olduğu bildirilir. Onun istirahət məqsədilə Bakıdan Şəkiyə gəldiyi qeyd olunur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Liverpul” 17 ildən sonra titul sponsorunu dəyişir

Next Article

Muxtar Babayev: İqlim dəyişiklikləri fermerlərin fəaliyyətinə təsir edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kənar Dairəvi yolda yük maşını aşıb

Aysel Əlibəyli 17 Avqust 2026 · 10:42 1066 baxış Qəza Bakı-Sumqayıt istiqamətində nəqliyyatın hərəkətini çətinləşdirib Elpress.az xəbər verir ki, Paytaxtın Qaradağ rayonunda yerləşən Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə […]

Azyaşlının görüntülərini yayan şəxs 5 il həbs edildi

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 11:16 1072 baxış Bakıda 14 yaşlı qızın şəxsi görüntülərini sosial şəbəkə vasitəsilə yayan şəxsə hökm oxunub. Elpress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Maştağa qəsəbə sakini, 2000-ci il təvəllüdlü Saleh […]

Ərbil hava limanına PUA ilə zərbə endirilib

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:51 1096 baxış Hava limanı yaxınlığında partlayış səsləri eşidilib, bir dron vurulub Elpress.az xəbər verir ki, İraqın Kürdüstan Regional Administrasiyasının paytaxtı Ərbildə hava limanı ərazisi pilotsuz uçuş aparatının hücumuna […]