--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Taleh Kazımov: Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatıb

Aysel Əlibəyli 31 İyul 2026 · 11:51 1092 baxış

Azərbaycanın cari əməliyyatlar balansında 1,4 milyard dollar profisit yaranıb

Elpress.az xəbər verir ki, Azərbaycanın cari əməliyyatlar balansında 2026-cı ilin ilk yarısında 1,4 milyard ABŞ dolları həcmində profisit qeydə alınıb.Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, bu göstərici ölkənin ÜDM-nin 9,5 faizinə bərabərdir.Onun sözlərinə görə, ilin ilk altı ayının nəticələrinə əsasən Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara yüksəlib. Bu, ilin əvvəli ilə müqayisədə 700 milyon dollar və ya 0,8 faiz artım deməkdir.Hazırkı valyuta ehtiyatlarının ölkənin təxminən 40 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə imkan verdiyi və geniş pul kütləsini 3,4 dəfə üstələdiyi bildirilib.

Proqnozlara əsasən, cari əməliyyatlar balansında 2026-cı ildə 6,1 milyard dollar, 2027-ci ildə isə 5,2 milyard dollar profisit gözlənilir. Bu artımın əsas səbəblərindən biri enerji daşıyıcılarının qiymətlərinin yüksək səviyyədə qalacağı ilə bağlı gözləntilərdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bərdədə 79 yaşlı kişi kanalda boğulub

Next Article

Mərkəzi Bank 6 ayda 757 milyon dollar satıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AzerGold QSC yerli gümüş külçələrin istehsalına başlayır

Elşən 25 May 2026 · 09:36 1305 baxış AzerGold QSC ilk dəfə yerli xammal əsasında hazırlanmış 999,9 əyarlı gümüş külçələri satışa çıxarmağa hazırlaşır. Şirkətdə məhsulların istehsal mərhələsinə artıq start verildiyi bildirilib. Elpress.az bildirir ki, bunu […]

Azərbaycan forumuna Pakistan dəvət edildi

Aysel Əlibəyli 08 İyun 2026 · 18:44 1278 baxış İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Azərbaycanda səfərdə olan Pakistan nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı Azərbaycanın investisiya imkanları, iqtisadi zonalarda yaradılan infrastruktur, eləcə də […]

AİH-nin ictimaiyyətlə əlaqələr strukturunda dəyişiklik

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 19:28 1102 baxış Azərbaycan İnvestisiya Holdinqinin ictimaiyyətlə əlaqələr istiqamətində vəzifə dəyişikliyi olub. Elpress.az xəbər verir ki, Liya Bayramova Holdinqin İctimaiyyətlə əlaqələr şöbəsinin yeni müdiri təyin edilib. Bundan əvvəl bu […]

ABŞ rəsmisi: TRIPP geostrateji risklərin azaldılmasına xidmət edir

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:41 1108 baxış Emi Karlon: ABŞ-ın TRIPP-ə investisiyası layihəyə bağlılığını nümayiş etdirir Elpress.az xəbər verir ki, ABŞ TRIPP layihəsini regionda geostrateji risklərin azaldılması və qarşılıqlı etimadın gücləndirilməsi baxımından əhəmiyyətli […]