--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

MİDA-dan 12 min ailəyə MÜJDƏ

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 21:09 1074 baxış

Elpress.az xəbər verir ki, indiyədək Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” sistemi vasitəsilə 12 minə yaxın ailə mənzil sahibi olub.

Agentliyin Aparat rəhbəri Cəmşid Əmirovun sözlərinə görə, indiyədək 11 güzəştli mənzil layihəsi tamamlanıb. MİDA-nın layihələri Bakı ilə yanaşı, regionları da əhatə edir. Belə layihələr Hövsan və Saray qəsəbələrində, həmçinin Naxçıvan şəhərində həyata keçirilib.Cəmşid Əmirov bildirib ki, növbəti mənzil satışlarının ilin sonuna keçirilməsi planlaşdırılır. Satışa çıxarılacaq layihələr barədə məlumatlar qanunvericiliyin tələblərinə uyğun olaraq ən azı 30 gün əvvəl elan ediləcək.Hazırda isə Lənkəran, Şirvan və Yevlax yaşayış komplekslərində ümumilikdə 535 güzəştli mənzilin satışı həyata keçirilir. Satış bu gün saat 16:00-dək davam edəcək.

Qeyd edək ki, mənzillər Lənkəranda 1, Şirvanda 528, Yevlaxda isə 6 mənzildən ibarətdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda və bölgələrdə ağaclar qanunsuz kəsildi

Next Article

Azərbaycan nümayəndə heyəti İstanbul sammitində – COP31 GÜNDƏMİ

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda gündəlik neft hasilatı 440 min barel olub

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:28 1054 baxış BEA: Azərbaycanın iyul ayı üzrə gündəlik neft hasilatı iyunla eyni səviyyədə qalıb Elpress.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına əsasən, Azərbaycanda iyul ayında orta […]

Qızıl zirvədədir: qeyri-neft ixracının əsas məhsulları məlum oldu

Aysel Əlibəyli 02 İyun 2026 · 13:43 1182 baxış İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin may buraxılışını yayımlayıb. Elpress.az Fed.az-a istinadən xəbər verirki Hesabata əsasən, bu ilin yanvar-aprel aylarında Azərbaycanın […]

Etilen-Polietilen zavodunda gələn il sahə işlərinə başlanılacaq

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 14:59 1082 baxış Modernizasiya layihəsinin mühəndislik mərhələsi 95 faiz tamamlanıb Elpress.az xəbər verir ki, SOCAR-ın Etilen-Polietilen zavodunda modernizasiya və yenidənqurma layihəsi həyata keçirilir.SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin Proses üzrə direktoru […]