--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Bakıda və bölgələrdə ağaclar qanunsuz kəsildi

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 19:05 1062 baxış

Elpress.az xəbər verir ki, son bir həftə ərzində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt, Gəncə şəhərləri və Salyan rayonunda yaşıllıqların qanunsuz məhv edilməsi ilə bağlı faktlar aşkarlanıb.

Araşdırmalar zamanı Bakının Nizami rayonunda Özbəkistan və Şirin Mirzəyev küçələrində, Nəsimi rayonunda Novruzov qardaşları küçəsi 75 ünvanında, Yasamal rayonunda Mətbuat prospektində, həmçinin Sumqayıtda Səməd Vurğun və C.Cabbarlı küçələrində ağacların qanunsuz kəsildiyi müəyyən olunub.Bundan başqa, Sumqayıtda Nizami küçəsi ilə Polad Həşimov küçəsinin kəsişməsində, Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində və Salyan rayonunda da analoji hallar qeydə alınıb.Müəyyən edilən faktlar üzrə yaşıllıqlara ümumilikdə 199 620 manat məbləğində ziyan dəydiyi hesablanıb.

Faktlar üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakının yeni metro stansiyasının adı AÇIQLANDI

Next Article

MİDA-dan 12 min ailəyə MÜJDƏ

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gəncədə 10 manatlıq mübahisə qətlə səbəb oldu

Aysel Əlibəyli 05 Avqust 2026 · 14:32 1078 baxış Gəncədə 15 yaşlı tələbənin qətli üzrə məhkəmə prosesi başa çatdı Elpress.az xəbər verir ki, Gəncədə 15 yaşlı Tunarın qətli ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Məhkəmənin hökmü […]

Restoranda mürəbbə davası məhkəmədə bitdi

Aysel Əlibəyli 03 Avqust 2026 · 15:56 1070 baxış Paytaxt restoranında iş yoldaşını döyən ofisiant barışıq sayəsində məsuliyyətdən azad edildi Elpress.az xəbər verir ki, Bakının Nizami rayonunda yerləşən “Ay İşığı” restoranında işçilər arasında münaqişə baş […]

Britaniya helikopterin qəzaya uğraması

Aysel Əlibəyli 03 İyun 2026 · 18:41 1191 baxış Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinə aid helikopter ölkənin cənub-qərb bölgəsində qəzaya düşüb və hadisə nəticəsində üç hərbçi həyatını itirib. Böyük Britaniya Müdafiə Nazirliyi baş vermiş […]

Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:05 1058 baxış Oğurluğu əvvəlcədən planlaşdıran, maska və əlcəkdən istifadə edən şəxs saxlanılıb Elpress.az xəbər verir ki, Şirvan şəhərində inşaat materiallarının satışı ilə məşğul olan mağazalardan birindən 18 327 […]