--:--:-- | 04 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

bölgələrdə 20%-dək endirim

Aysel Əlibəyli 01 İyul 2026 · 12:10 1090 baxış

Qeyri-sabit hava istirahət bazarını dəyişdi: turist azalması qiymətləri aşağı saldı

Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti turizm sektoruna da təsir göstərib. Davamlı yağışlar, küləkli hava və temperatur dəyişiklikləri bölgələrdə istirahət üçün tələbatın azalmasına səbəb olub.Xüsusilə açıq havada istirahət etməyi planlaşdıran turistlərin bir qismi səfərlərini təxirə salıb və ya rezervasiyalarını ləğv edib. Bu vəziyyət bəzi bölgələrdə hotellərin, kotteclərin və günlük kirayə evlərin doluluq səviyyəsinə təsir göstərib.Tələbatın azalması fonunda bir sıra yerləşdirmə obyektləri müştəri cəlb etmək üçün qiymətlərdə endirimlər tətbiq etməyə başlayıb. Bəzi istirahət mərkəzlərində qiymətlər 10-20 faizədək aşağı salınıb.Ən çox dəyişiklik dağ və təbiət turizminin geniş yayıldığı Quba, Qusar, Qəbələ, Şəki, Zaqatala, İsmayıllı və Lerik istiqamətlərində hiss olunur. Yağışlı hava açıq hava fəaliyyətlərinə marağı azaltdığı üçün bu bölgələrdə günlük evlərə və kotteclərə tələbat zəifləyib.Mütəxəssislərin fikrincə, hava şəraitinin uzun müddət qeyri-sabit qalmaması halında qiymətlərdəki dəyişikliklər əsasən müvəqqəti xarakter daşıyır. Havanın yaxşılaşması ilə turist axınının yenidən artacağı və turizm bazarında əvvəlki aktivliyin bərpa olunacağı gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İyulda qeyri-adi hava

Next Article

NATO-nun diqqəti Türkiyədə

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndərilib

Aysel Əlibəyli 08 Avqust 2026 · 15:13 1060 baxış “Azərbaycan Dəmir Yolları” QSC: Rusiyadan Ermənistana növbəti tranzit yük daşınması həyata keçirilir Elpress.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Rusiyadan Ermənistana Azərbaycan […]

İqtisadi Şuradan Ələt Zonasına yeni tapşırıqlar

Aysel Əlibəyli 11 İyun 2026 · 18:00 1164 baxış İyunun 11-də Baş nazir Əli Əsədovin rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası baş tutub. Görüş zamanı ölkənin iqtisadi inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olunub və […]

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 14:50 1066 baxış Ermənistanın iqtisadiyyat naziri ixracın həcmini açıqlamayıb Elpress.az xəbər verir ki, Ermənistandan Azərbaycana alüminium folqa məhsulunun ixracı həyata keçirilib.Bunu Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan hökumətin iclasından sonra […]