--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Mal ətinin qiyməti 25 manata yüksəlib

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:36 1084 baxış

Sümüklü və sümüksüz mal ətinin qiyməti bahalaşıb

Elpress.az xəbər verir ki, Son günlər Bakıda mal ətinin qiymətində artım müşahidə olunur. Satış məntəqələrində həm sümüklü, həm də sümüksüz ətin kiloqramı əvvəlki qiymətlə müqayisədə 1-2 manat bahalaşıb.Hazırda sümüklü mal ətinin kiloqramı 19 manata, sümüksüz ətin kiloqramı isə 25 manata satılır. Əvvəllər bu qiymətlər müvafiq olaraq 18 və 23 manat olub.Qəssabların bildirdiyinə görə, qiymət artımının əsas səbəblərindən biri bazarda mal-qaranın sayının azalmasıdır.Bölgələrdə də heyvanların qiymətində artım qeydə alınır. Göyçayda fəaliyyət göstərən qəssab Hüseyn Verdiyev bildirib ki, bahalaşma təxminən 10 gündür müşahidə edilir. Onun sözlərinə görə, yem və otun qiymətinin yüksəlməsi heyvan saxlamaq xərclərini artırıb. Bu səbəbdən mal-qara saxlayanların sayı azalıb və nəticədə bazara çıxarılan məhsulun həcmi aşağı düşüb.Fermer Mürşüd Nəbiyev isə qeyd edib ki, heyvandarlıq təsərrüfatlarının saxlanılması yüksək xərc tələb edir. Onun sözlərinə görə, əvvəllər 8-10 baş mal saxladığı halda, hazırda bu rəqəm 4-5 başa qədər azalıb.İqtisadçılar qiymət artımını ətin maya dəyərinin yüksəlməsi və qlobal bazardakı qiymət dəyişiklikləri ilə əlaqələndirirlər.Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Milli Məclis komissiyasından Türkiyə ilə bağlı informasiya kampaniyası açıqlaması

Next Article

Elm “toyuq, yoxsa yumurta?” sualına cavab verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türkiyə də buğda istehsalında tarixi rekord gözləntisi.

Aysel Əlibəyli 30 May 2026 · 19:20 1210 baxış Yağıntılı mövsüm Türkiyə də fermerlərinə rekord buğda məhsulu ümidi verib Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyə də son aylarda yağıntıların həcmi son 66 ilin ən […]

Kəlbəcər–Laçın yolunda işlərin yarıdan çoxu tamamlanıb

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:33 1086 baxış 75,8 kilometrlik avtomobil yolunda 17 tunel, 7 viaduk və 14 körpünün tikintisi aparılır Elpress.az xəbər verir ki, Kəlbəcər–Laçın avtomobil yolunun tikintisi üzrə nəzərdə tutulan işlərin 50 […]

2030-a qədər yeni meyvə bağları salınacaq

Aysel Əlibəyli 20 İyun 2026 · 19:12 1136 baxış Kənd Təsərrüfatı Nazirliyi 2030-cu ilə qədər intensiv meyvə bağlarının genişləndirilməsini planlaşdırır. 2030-cu ilədək Azərbaycanda yeni intensiv meyvə bağlarının salınması nəzərdə tutulur. Bu barədə kənd təsərrüfatı nazirinin […]

Kreml: Rusiya Avropa qaz bazarına qayıda bilər

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:42 1054 baxış Peskov qaz təchizatının bərpasının Rusiyanın lazımi həcmləri təmin etməsindən asılı olduğunu bildirib Elpress.az xəbər verir ki, Rusiya qazının Avropa bazarına yenidən qaytarılması məsələsinin müzakirə oluna biləcəyi […]