--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

“Kristal” və “Florim” strateji tərəfdaşlığa başladı

Aysel Əlibəyli 03 İyul 2026 · 17:00 1124 baxış

“Kristal” İtaliyanın tanınmış premium keramika istehsalçısı “Florim” ilə əməkdaşlıq memorandumu imzalayaraq tikinti layihələrində beynəlxalq keyfiyyət standartlarının tətbiqi istiqamətində yeni addım atıb.

Elpress.az-ın Reaksiya.az-a istinadən verdiyi məlumata əsasən, “Kristal” ilə İtaliyanın dünya şöhrətli premium keramika və keramoqranit istehsalçısı “Florim” arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə “Kristal”ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və “Florim” şirkətinin icraçı direktoru Beatrice Lucchese imza atıblar.Memoranduma əsasən, tərəflər “Kristal”ın həyata keçirdiyi yaşayış layihələrində istifadə olunacaq premium keramika və keramoqranit məhsullarının tədarükü ilə bağlı razılıq əldə ediblər. “Florim” istehsalı olan məhsullar mənzillərin döşəmə və divar üzlüklərində tətbiq ediləcək ki, bu da layihələrdə keyfiyyət, estetik görünüş və uzunömürlülük göstəricilərinin daha da yüksəldilməsinə töhfə verəcək.Əməkdaşlığın tikinti materiallarının təchizatında uzunmüddətli və sistemli yanaşmanın formalaşmasına, həmçinin beynəlxalq standartlara cavab verən məhsulların Azərbaycanda həyata keçirilən layihələrdə daha geniş istifadə edilməsinə şərait yaradacağı bildirilir.Qeyd edək ki, 1962-ci ildə İtaliyada təsis olunan “Florim” premium keramika və keramoqranit istehsalı sahəsində dünyanın aparıcı şirkətlərindən biri hesab olunur. Müasir texnologiyalar, innovativ istehsal üsulları, yüksək keyfiyyət standartları və davamlı inkişaf prinsipləri ilə seçilən şirkətin məhsulları dünyanın müxtəlif ölkələrində yaşayış, kommersiya və ictimai təyinatlı tikililərdə geniş tətbiq edilir.İmzalanan memorandum “Kristal” və “Florim” arasında uzunmüddətli strateji tərəfdaşlığın əsasını qoyur və gələcək layihələrdə beynəlxalq səviyyədə tanınan məhsulların istifadəsini nəzərdə tutur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Latsio” müdafiə xəttini yeni transferlə gücləndirdi

Next Article

Aİ-ABŞ ticarəti rekord göstəriciyə yüksəldi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rayon pensiyaçıları üçün ödəniş tarixi bəlli oldu

Aysel Əlibəyli 16 İyun 2026 · 15:49 1186 baxış Rayonlarda qeydiyyatda olan pensiyaçıların bu ay üzrə pensiya ödənişlərinin ən gec 19-dək həyata keçirilməsi planlaşdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu […]

Qida təhlükəsizliyi üzrə Dövlət Proqramı təsdiqlənib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:18 1042 baxış 2027-2032-ci illər üçün qida təhlükəsizliyi tədbirlərinin əsas istiqamətləri müəyyənləşdirilib Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üçün Dövlət […]

Hövsanda sürətli qatar layihəsi üçün söküntü işləri başladı

Aysel Əlibəyli 25 İyun 2026 · 16:36 1138 baxış Sürətli qatar xətti üçün Hövsanda hazırlıq mərhələsi: yaşayış evlərinin söküntüsünə başlanılıb, sakinlərə kompensasiya ödənilir Hövsan qəsəbəsində sürətli qatar layihəsinin icrası ilə əlaqədar dəmir yolu xəttinin yaxınlığında […]

Quş qripi və Nyukasl: vəziyyət sabitdir – AQTA

Aysel Əlibəyli 09 İyun 2026 · 18:18 1176 baxış Quş qripinin qarşısının alınması məqsədilə hazırlanmış Fəaliyyət Planına uyğun olaraq, 2025-ci ilin noyabr və dekabr aylarında, eləcə də cari ilin yanvar–may aylarında ölkə ərazisində, o cümlədən […]