--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Özəl məhkəmə ekspertlərinə yeni qaydalar

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 11:11 1028 baxış

Özəl məhkəmə ekspertlərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur.

Elpress.az xəbər verir ki, bununla bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Təklifə əsasən, fəaliyyət zamanı qanunvericiliyin tələblərini və icra intizamını pozan özəl məhkəmə eksperti intizam məsuliyyətinə cəlb edilə biləcək. Bunun üçün ayrıca İntizam Komissiyasının fəaliyyət göstərməsi nəzərdə tutulur.

İntizam icraatının müvafiq icra hakimiyyəti orqanının və ya Özəl Məhkəmə Ekspertlərinin Palatasının təqdimatı əsasında başlanılması planlaşdırılır. Komissiyanın yekun rəyi əsasında ekspertə tətbiq ediləcək tənbeh pozuntunun ağırlığından asılı olacaq.

Layihədə üç növ intizam tənbehi müəyyənləşdirilir: töhmət, 1 000 manatdan 2 000 manatadək cərimə və özəl məhkəmə eksperti şəhadətnaməsinin ləğvi.

Cərimədən əldə olunan vəsaitin Özəl Məhkəmə Ekspertlərinin Palatasının bank hesabına köçürülməsi nəzərdə tutulur.

Yeni qaydalara əsasən, intizam tənbehi pozuntu barədə məlumat əldə edildiyi gündən bir il, pozuntunun törədildiyi tarixdən isə iki il ərzində tətbiq edilə bilər. Müəyyən hallarda, o cümlədən məzuniyyət, ezamiyyət, müvəqqəti əmək qabiliyyətsizliyi, yoxlama və ya cinayət işi üzrə istintaq müddəti bu hesablamaya daxil edilməyəcək.

Ekspertə intizam tənbehi tətbiq edilməzdən əvvəl yazılı və ya şifahi xəbərdarlıq da verilə bilər. Lakin xəbərdarlıq intizam tənbehi hesab olunmayacaq.

Qanun layihəsində həmçinin reyestrdə olmayan şəxslərin özlərini “məhkəmə eksperti” adlandırmasına və təşkilatların adında “məhkəmə ekspertizası” ifadəsindən istifadəsinə məhdudiyyət qoyulması təklif edilir. Bu tələbin pozulması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“MTV Azərbaycan”ın rəhbərliyində dəyişiklik – yeni icraçı direktor təyin edildi

Next Article

Pirallahıda dərman istehsalı müəssisəsi açıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qvineyada “ASAN xidmət” əməkdaşlığı genişlənir

Aysel Əlibəyli 21 İyul 2026 · 15:24 1100 baxış Qvineyada “ASAN xidmət” modelinin tətbiqi istiqamətində yeni addımlar atılıb Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti […]

Ceyhun Bayramov erməni həmkarı ilə görüşəcək

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:00 1036 baxış Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxın zamanda görüşü gözlənilir Elpress.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yaxın zamanda Ermənistanın xarici işlər naziri […]

Norman etimadnaməsinin surətini Bayramovaya təqdim edib.

Aysel Əlibəyli 03 İyun 2026 · 18:32 1194 baxış Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün United Kingdomın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Duncan Normani qəbul edib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi […]

Daşkənd Azərbaycan və Özbəkistan bayraqları ilə bəzədilib

Aysel Əlibəyli 23 Avqust 2026 · 11:22 1066 baxış Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri öncəsi Daşkənddə hazırlıq işləri görülüb. Elpress.az xəbər verir ki, şəhərin əsas küçələri və mərkəzi əraziləri Azərbaycan və Özbəkistanın dövlət […]