--:--:-- | 10 Sentyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Quş qripi və Nyukasl: vəziyyət sabitdir – AQTA

Aysel Əlibəyli 09 İyun 2026 · 18:18 1158 baxış

Quş qripinin qarşısının alınması məqsədilə hazırlanmış Fəaliyyət Planına uyğun olaraq, 2025-ci ilin noyabr və dekabr aylarında, eləcə də cari ilin yanvar–may aylarında ölkə ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında aparılan monitorinqlərin nəticələri ictimaiyyətə təqdim olunub.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin verdiyi məlumata əsasən, monitorinqlər çərçivəsində ölkə üzrə riskli hesab edilən su-bataqlıq ərazilərində, dənizkənarı zonalarda, milli park və qoruqlarda, ovçuluq təsərrüfatlarında, həmçinin çay və su anbarlarının ətrafında geniş müşahidələr aparılıb. Bu müddətdə vəhşi quşlar klinik müayinədən keçirilib, müxtəlif növ quşlardan laborator analizlər üçün nümunələr götürülüb, eyni zamanda quşçuluq müəssisələrində, kəsim məntəqələrində və ailə təsərrüfatlarında saxlanılan ev quşlarından qan və yaxma nümunələri götürülərək laborator müayinələrə cəlb olunub.Bundan əlavə, təbiət ərazilərində, quşçuluq obyektlərində, bazarlarda, zooparklarda, parklarda və dekorativ quşların saxlandığı yerlərdə ümumi baxışlar keçirilib, baytarlıq qaydalarına riayət olunması ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilib.Laborator analizlərin və aparılan müşahidələrin nəticələrinə əsasən, ölkə ərazisində quş qripi xəstəliyinin törədicisi və ya ona şübhəli hər hansı hal aşkar edilməyib, həmçinin ev quşlarından götürülən nümunələr Nyukasl xəstəliyinə görə də yoxlanılıb və heç bir yoluxma və ya şübhəli vəziyyət müəyyən olunmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rəsmi Moskva: Rusiyanın taktiki nüvə silahları ABŞ üçün təhlükə deyil.

Next Article

İsrailin Livanın Tir şəhərinə zərbəsi: 8 ölü var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan Anaklia limanına maraq göstərir

Aysel Əlibəyli 13 İyul 2026 · 11:55 1086 baxış Gürcüstanın strateji əhəmiyyət daşıyan Anaklia dərin dəniz limanı Azərbaycanın da maraq göstərdiyi beynəlxalq layihələrdən biri kimi qiymətləndirilir. Elpress.az xəbər verir ki, Bu barədə Gürcüstanın iqtisadiyyat və […]

MİDA-dan 12 min ailəyə MÜJDƏ

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 21:09 1028 baxış Elpress.az xəbər verir ki, indiyədək Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” sistemi vasitəsilə 12 minə yaxın ailə mənzil sahibi olub. Agentliyin Aparat rəhbəri Cəmşid Əmirovun […]

Naxçıvan reyslərində gecikmələrin səbəbi açıqlandı – AZAL

Aysel Əlibəyli 13 İyun 2026 · 21:43 1094 baxış AZAL Naxçıvan istiqamətində bəzi reyslərdə dəyişiklik edildiyini açıqlayıb. AZAL mətbuat xidmətinin yaydığı məlumata əsasən, Naxçıvan istiqamətində həyata keçirilən bəzi reyslər əlverişsiz və qeyri-sabit hava şəraiti səbəbindən […]