--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Hövsanda sürətli qatar layihəsi üçün söküntü işləri başladı

Aysel Əlibəyli 25 İyun 2026 · 16:36 1136 baxış

Sürətli qatar xətti üçün Hövsanda hazırlıq mərhələsi: yaşayış evlərinin söküntüsünə başlanılıb, sakinlərə kompensasiya ödənilir

Hövsan qəsəbəsində sürətli qatar layihəsinin icrası ilə əlaqədar dəmir yolu xəttinin yaxınlığında yerləşən bəzi yaşayış evlərinin söküntüsü həyata keçirilir.Layihə çərçivəsində ərazidə bir müddət əvvəl yaşayış evlərinin siyahıya alınması, nömrələnməsi və ölçülməsi işləri aparılıb. Hazırda isə hazırlıq mərhələsi başa çataraq praktiki söküntü tədbirlərinə başlanılıb.İlkin məlumatlara əsasən, layihənin həyata keçirilməsi üçün ərazisi və yaşayış sahəsi istifadə olunan sakinlərə qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməsi nəzərdə tutulur. Həmçinin bəzi evlərin mülkiyyət sənədlərinin olmamasına baxmayaraq, həmin yaşayış sahələrinin sahiblərinin də kompensasiya ilə təmin ediləcəyi bildirilir.Sürətli qatar layihəsinin əsas məqsədi dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və gələcəkdə daha müasir nəqliyyat imkanlarının yaradılmasıdır.Söküntü və hazırlıq işlərinin mərhələli şəkildə davam etdirilməsi, qarşıdakı dövrdə dəmir yolu xətti boyunca digər ərazilərdə də analoji tədbirlərin görülməsi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Doktorantura üzrə xarici dil imtahanı keçirildi

Next Article

Avropada ekstremal hava hadisələri artır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Prezident neft sənayesi işçilərini təltif edib

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 14:57 1062 baxış 10 nəfər “Əmək” ordeni, 18 nəfər “Tərəqqi” medalı ilə mükafatlandırılıb Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı […]

Qoyun əti ixracı artırılır – 2030 hədəfi açıqlanıb

Aysel Əlibəyli 23 İyun 2026 · 13:51 1130 baxış İlhamə Qədimova Saatlı rayonunda keçirilən regional müşavirədə ölkədə qoyunçuluğun inkişafı və ixrac imkanlarının genişləndirilməsi ilə bağlı yeni hədəfləri açıqlayıb. Qeyd olunub ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, […]

“AzerGold” Daşkəsən sakinləri ilə görüş keçirib

Aysel Əlibəyli 22 İyul 2026 · 12:26 1114 baxış “AzerGold”un KSM Komitəsi Daşkəsəndə sosial layihələri və gələcək planları müzakirə edib Elpress.az xəbər verir ki, “AzerGold” ASC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Daşkəsən rayonunun Çovdar və Quşçu […]

Avropa “Big Tech” asılılığını azaltmağa çalışır

Aysel Əlibəyli 27 Avqust 2026 · 17:27 1038 baxış Aİ rəqəmsal bazarda nəhəng şirkətlərin dominantlığını interoperabellik vasitəsilə zəiflətməyi nəzərdən keçirir Elpress.az xəbər verir ki, Avropa İttifaqında rəqəmsal suverenliyin gücləndirilməsi istiqamətində yeni yanaşmalar müzakirə olunur. Bu […]