--:--:-- | 04 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Tovuzda faciəvi qəza: 25 yaşlı sürücü öldü

Aysel Əlibəyli 16 Avqust 2026 · 09:39 1056 baxış

Tovuzun Düz Cırdaxan kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Elpress.az xəbər verir ki, “Ford” markalı yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq əvvəlcə elektrik dirəyinə, daha sonra ağaca çırpılıb. Qəza nəticəsində 25 yaşlı Fərid Tağıyev ağır xəsarətlər alıb və həyatını itirib. Zərbənin təsirindən avtomobil deformasiyaya uğrayıb, sürücü isə maşında sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan xilasedicilər xüsusi avadanlıqlar vasitəsilə onun meyitini avtomobildən çıxarıblar. Meyit müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil verilib.

Qəza zamanı elektrik dirəyinin aşması kəndin bir hissəsində enerji təchizatının müvəqqəti dayanmasına səbəb olub.

Hadisənin səbəbləri araşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İran və Tacikistan enerji müqaviləsi imzalayacaq

Next Article

Berlində texnoparad zamanı 50 nəfər xəstəxanaya yerləşdirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Odessadakı gəmidən 10 azərbaycanlı təxliyə olundu

Aysel Əlibəyli 16 İyul 2026 · 18:01 1066 baxış Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalan “Atlas Bey” mülki ticarət gəmisinin heyətində olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində tədbirlər davam edir. Elpress.az xəbər verir ki, […]

ADAU-nun gənc əməkdaşı vəfat edib

Aysel Əlibəyli 25 İyul 2026 · 14:40 1072 baxış Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşı Natəvan Quliyeva səhhətində yaranan ciddi problemlər səbəbindən vəfat edib. Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Beynəlxalq əlaqələr və […]