--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Xəzər və Qara dəniz limanları əməkdaşlığı artırır

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 14:54 1064 baxış

Bakı, Aktau, Kurık, Türkmənbaşı, Poti və Batumi limanlarının rəhbərləri görüşüb

Elpress.az xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Limanının təşkilatçılığı ilə CICA Liman Rəhbərləri Konfransı çərçivəsində Xəzər və Qara dəniz hövzəsində fəaliyyət göstərən limanların rəhbər heyətləri arasında görüş keçirilib.Toplantıda Aktau, Kurık, Türkmənbaşı, Poti və Batumi limanlarının nümayəndələri iştirak edib. Görüşün əsas məqsədi Xəzər və Qara dəniz hövzələrini daha səmərəli, etibarlı və rəqabətqabiliyyətli nəqliyyat-logistika məkanına çevirmək üçün regional əməkdaşlığın gücləndirilməsi olub.Müzakirələr zamanı Orta Dəhlizin artan strateji əhəmiyyəti, limanlar arasında koordinasiyanın yaxşılaşdırılması və yük daşımalarının daha sürətli və proqnozlaşdırılan şəkildə təşkili məsələləri diqqətə çatdırılıb. Həmçinin birgə layihələr və əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi aparılıb.Bildirilib ki, 2026-cı ilin ilk 8 ayının ilkin nəticələrinə əsasən, Bakı Limanı ilə Türkmənistan limanları arasında yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 34,6 faiz, Qazaxıstan limanları ilə isə 6 faiz artıb.Görüşdə limanların qarşılaşdığı əsas çətinliklər də müzakirə olunub və regional əməkdaşlığın daha dayanıqlı və institusional əsasda inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şükürbəyliyə növbəti köç karvanı yola düşüb

Next Article

Ermənistan üçün gömrük güzəştləri səsverməyə çıxarılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda tranzit daşımaları rekord həddə çatdı

Aysel Əlibəyli 10 Avqust 2026 · 16:54 1084 baxış Tranzit yükdaşımalarının həcmi ilin ilk 7 ayında 9,1 milyon tonu keçib Elpress.az xəbər verir ki, Azərbaycanda tranzit yükdaşımalarının həcmi son beş ilin ən yüksək göstəricisinə çatıb.Rəqəmsal […]

Sabah sosial ödənişlər tam şəkildə həyata keçirilir

Aysel Əlibəyli 23 İyun 2026 · 15:26 1162 baxış Sabah ölkə üzrə bütün sosial yardımlar və müavinətlər vətəndaşlara tam həcmdə ödəniləcək. Aidiyyəti qurumlar tərəfindən ödənişlərin vaxtında və fasiləsiz şəkildə həyata keçirilməsi təmin olunacaq, benefisiarların hesablarına […]

bölgələrdə 20%-dək endirim

Aysel Əlibəyli 01 İyul 2026 · 12:10 1104 baxış Qeyri-sabit hava istirahət bazarını dəyişdi: turist azalması qiymətləri aşağı saldı Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti turizm sektoruna da təsir […]