--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Bakı Arbitraj Mərkəzi ilə PAŞA Holding arasında əməkdaşlıq memorandumu imzalanıb

Aysel Əlibəyli 05 Avqust 2026 · 11:37 1060 baxış

Bakı Arbitraj Mərkəzi ilə PAŞA Holding arasında LEGIS Hüquq Forumu layihəsi çərçivəsində əməkdaşlığın əsasını qoyan Memorandum imzalanıb.

Elpress.az xəbər verir ki, sənəd Bakı Arbitraj Mərkəzinin İdarə Heyətinin sədri Kəmalə Mehdiyeva və PAŞA Holding MMC-nin Hüquq və Dövlət qurumları ilə əlaqədar funksiyasının direktoru, LEGIS Hüquq Forumunun Təşkilat Komitəsinin sədri Aytac Qasımova tərəfindən imzalanıb.

Bildirilib ki, memorandum Azərbaycanda arbitrajın inkişafına, mübahisələrin alternativ həlli mexanizmlərinin təkmilləşdirilməsinə və Bakı Arbitraj Mərkəzinin institusional potensialının gücləndirilməsinə xidmət edəcək.Əməkdaşlıq çərçivəsində arbitraj sahəsində maarifləndirmə layihələri, nəşrlər, konfranslar, seminarlar və təlim proqramlarının təşkili, eləcə də hüquq ictimaiyyəti, tələbələr və gənc hüquqşünaslar arasında arbitraj mədəniyyətinin təşviqi nəzərdə tutulur.Kəmalə Mehdiyeva bildirib ki, imzalanan memorandum arbitraj institutunun inkişafına mühüm töhfə verəcək.

Aytac Qasımova isə qeyd edib ki, əməkdaşlıq hüquq təhsili ilə praktikanın bir araya gətirilməsinə, gənc hüquqşünasların peşəkar bilik və bacarıqlarının artırılmasına imkan yaradacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

HHM bölmələrinin yeni hərbi obyektləri istifadəyə verilib

Next Article

Məmmədnağı Əkbərov Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinin müavini təyin edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dünya Bankı: Regional inteqrasiya ölkələrin gələcəyinə yol açır

Aysel Əlibəyli 16 İyun 2026 · 15:11 1100 baxış Regional inteqrasiya dövlətlərə daha güclü əməkdaşlıq quraraq gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək imkanı yaradır. Dünya Bankının Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə Strategiya və Əməliyyatlar […]

Azərbaycan Orta Dəhlizdə mövqeyini gücləndirir

Aysel Əlibəyli 29 İyul 2026 · 11:22 1061 baxış Deputat Azər Kərimli Azərbaycanın Orta Dəhlizdə strateji əhəmiyyətinin daha da artdığını bildirib. Elpress.az xəbər verir ki, Milli Məclisin deputatı Azər Kərimli bildirib ki, qlobal logistika sistemində […]

Sahibkarlar üçün yeni güzəştlər sentyabrdan qüvvəyə minir

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:16 1040 baxış İxracla bağlı kompensasiyalar artırılır, qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına yeni tələb tətbiq olunur Elpress.az xəbər verir ki, Azərbaycanda sahibkarların fəaliyyətinə və ixrac imkanlarına təsir edəcək yeni güzəştlər […]

SOCAR və “ExxonMobil” əməkdaşlığı müzakirə etdi

Aysel Əlibəyli 01 İyun 2026 · 22:14 1136 baxış Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə corporate.exxonmobil.com⁠� şirkətinin vitse-prezidenti Con Ardil arasında görüş keçirilib. SOCAR-dan Elpress.az-a bildirilib ki, görüşdə SOCAR və corporate.exxonmobil.com⁠� arasında […]