--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Çinli liman rəsmisi Bakı Limanını Avropaya mühüm çıxış adlandırıb

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 13:41 1052 baxış

Lyanyunqan limanı Bakı Limanı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Elpress.az xəbər verir ki, Çinin Lyanyunqan limanının nümayəndəsi Bakı Limanının Avropa ilə nəqliyyat əlaqələrində mühüm rol oynadığını və böyük inkişaf imkanlarına malik olduğunu bildirib.Lyanyunqan limanının xarici əlaqələr üzrə vitse-prezidenti Jiang Vei qeyd edib ki, iki liman arasında əməkdaşlıq 2018-ci ildən etibarən davam edir və son illərdə bu tərəfdaşlıq daha da genişlənib.Onun sözlərinə görə, 2024-cü ildə Transxəzər daşımaları ilə bağlı çərçivə sazişinin imzalanması əməkdaşlığın inkişafında mühüm mərhələ olub. 2025-ci ildə isə tərəflər arasında danışıqların intensivləşdirilməsi və əməkdaşlığın daha ətraflı istiqamətlər üzrə genişləndirilməsi davam etdirilib.Jiang Vei “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Limanı ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiklərini vurğulayıb. O bildirib ki, Azərbaycan tərəfi ilə görüşlər zamanı nəqliyyat və logistika sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.Çinli rəsmiyə görə, Bakı Limanının Xəzər dənizinin qərb sahilində yerləşməsi onun Avropa istiqamətində daşımalar üçün əhəmiyyətini daha da artırır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zaur Rzayev xəstəxanaya yerləşdirilib

Next Article

BMT rəsmisi Azərbaycana təşəkkür edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanın xarici ticarət saldosu 5,2 dəfə artıb

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:45 1052 baxış Yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 33,2 milyard dolları ötüb Elpress.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 33 milyard 238,39 milyon ABŞ […]

Azərbaycan daha bir beynəlxalq dəniz konvensiyasına qoşulur

Aysel Əlibəyli 12 İyun 2026 · 13:41 1126 baxış Azərbaycan gəmilərdə istifadə olunan zərərli çirklənmə əleyhinə sistemlərə nəzarəti nəzərdə tutan beynəlxalq konvensiyaya qoşulmağa hazırlaşır. Sənədə əsasən, gəmilərin gövdəsində tətbiq edilən və dəniz mühitinə mənfi təsir […]

ADY Çinlə yeni lokomotiv razılaşması imzalayıb

Aysel Əlibəyli 23 İyun 2026 · 14:12 1112 baxış Azərbaycan Dəmir Yolları (ADY) lokomotiv parkının yenilənməsi məqsədilə Çin Xalq Respublikasında yeni əməkdaşlıq addımları atıb. ADY nümayəndə heyəti səfər çərçivəsində CRRC Ziyang Co., Ltd şirkətinin rəhbərliyi […]

Qeydiyyatda olan işsizlərin sayı artıb

Aysel Əlibəyli 24 İyul 2026 · 15:54 1088 baxış Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı 248,5 min nəfərə çatıb Elpress.az xəbər verir ki, 2026-cı il iyulun 1-nə olan məlumata əsasən, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyatda […]