--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bakı və Abşeronda su infrastrukturu yenilənir

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 12:02 1052 baxış

Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və sutəmizləyici qurğu inşa edilir

Elpress.az xəbər verir ki, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsi istiqamətində layihələr həyata keçirilir.2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində reallaşdırılan əsas layihələrdən biri Müşfiqabad hövzəsində yeni gətirici kanalizasiya kollektorunun və tullantı sutəmizləyici qurğunun tikintisidir.Layihə Xırdalan şəhəri ilə yanaşı, 28 May, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində yaranan tullantı sularının vahid sistem vasitəsilə toplanaraq daşınmasını və müasir texnologiyalarla təmizlənməsini təmin edəcək.Yeni infrastrukturun istifadəyə verilməsi Ceyranbatan Su Anbarının ətrafında qrunt sularının tənzimlənməsinə, subasma risklərinin azaldılmasına, sanitar şəraitin yaxşılaşdırılmasına və ekoloji təhlükəsizliyin gücləndirilməsinə imkan yaradacaq.Tikinti işlərinin 2028-ci ildə tamamlanması planlaşdırılır. Layihə başa çatdıqdan sonra kanalizasiya kollektoru, sutəmizləyici qurğu, texnoloji hovuzlar, mühəndis sistemləri və digər yardımçı obyektlər vahid infrastruktur kompleksi kimi fəaliyyət göstərəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ Yaxın Şərq üçün yeni strategiya hazırlayır

Next Article

Göygöldə Moruq Festivalı keçirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Aİ: Azərbaycanla ticarət əlaqələrimiz qürurvericidir

Aysel Əlibəyli 06 İyun 2026 · 13:20 1159 baxış Gəncədə Avropa İttifaqının “Avropa Şəhərciyi – 2026” tədbiri çərçivəsində Azərbaycan–Aİ münasibətlərinə dair mesajlar verilib. Elpress.az APA-ya istinadən xəbər verir ki, tədbirin açılış mərasimi şəhərin Heydər Əliyev […]

Azərbaycan nefti 100 dolları keçdi

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:15 1060 baxış “Azeri Light”ın qiyməti 3,34 faiz artaraq 101,87 dollara çatıb Elpress.az xəbər verir ki, Dünya neft bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əhəmiyyətli dərəcədə yüksəlib.CIF bazisi […]

Azərbaycanda sığorta agentinin lisenziyası ləğv edildi

Aysel Əlibəyli 22 İyul 2026 · 12:17 1072 baxış AMB-nin qərarı ilə sığorta agentinin fəaliyyət lisenziyası ləğv olunub Elpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə Məmmədov Rizvan Qasım oğluna verilmiş […]