--:--:-- | 10 İyun 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bakı–Tbilisi qatarının bilet qiymətləri açıqlandı

Elşən 20 May 2026 · 15:07 24 baxış

Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının bilet qiymətləri açıqlanıb və tariflər sərnişinlərin seçdiyi məsafə ilə komfort səviyyəsinə uyğun müəyyənləşdirilib. Komfort sinfi üzrə biletlərin qiyməti 51 manatdan başlayır və müxtəlif dayanacaqlardan Gürcüstana səfər edən sərnişinlər üçün fərqli tariflər tətbiq olunacaq.

Elpress.az-ın məlumatına əsasən, Bakıdan Tbilisiyə bir istiqamət üzrə minimum gediş haqqı 81 manat təşkil edir. Digər marşrutlar üzrə isə Yevlax–Tbilisi istiqamətində biletin qiyməti 67 manat, Gəncə–Tbilisi üzrə 62 manat, Ağstafa–Tbilisi marşrutu üzrə 57 manat, Böyük Kəsik–Qardabani istiqamətində isə 51 manat müəyyən edilib. Qiymətlər vaqonun komfort səviyyəsinə uyğun olaraq dəyişə bilər.

Xatırladaq ki, Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış Birgə Kommünikeyə uyğun olaraq, 26 may 2026-cı il tarixindən Bakı–Tbilisi–Bakı beynəlxalq sərnişin qatarının fəaliyyəti yenidən bərpa ediləcək. Uzun fasilədən sonra dəmir yolu əlaqəsinin açılması hər iki ölkə arasında sərnişin daşımalarının genişlənməsinə və turizm əlaqələrinin daha da inkişafına töhfə verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

WUF13 iştirakçısı: “Azərbaycanın yenidənqurma təcrübəsi digər ölkələr üçün faydalıdır

Next Article

Türkiyədə saxlanılan axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Birjada qaz ucuzlaşdı

Aysel Əlibəyli 08 İyun 2026 · 09:39 14 baxış Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaz fyuçersləri ucuzlaşıb. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, 2026-cı ilin iyul ayında tədarük olunacaq təbii qaz üzrə fyuçers müqavilələrinin qiyməti […]

Azərbaycanın enerji rolu daha da güclənəcək

Aysel Əlibəyli 06 İyun 2026 · 14:12 72 baxış Enerji keçidi bir gecədə baş verə bilməz, bu proses zaman, planlı yanaşma və dayanıqlı infrastruktur tələb edir. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanın Rusiyadakı səfiri […]