--:--:-- | 12 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Qızıl zirvədədir: qeyri-neft ixracının əsas məhsulları məlum oldu

Aysel Əlibəyli 02 İyun 2026 · 13:43 1140 baxış

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin may buraxılışını yayımlayıb.

Elpress.az Fed.az-a istinadən xəbər verirki Hesabata əsasən, bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl nəzərə alınmadan) ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 1,1 milyard ABŞ dollarına çatıb.Dövr ərzində bir sıra məhsullar üzrə ixrac göstəricilərində nəzərəçarpacaq artım qeydə alınıb. Belə ki, şəkər ixracı 4 dəfə, pambıq iplik ixracı 2,3 dəfə yüksəlib. Bitki və heyvan mənşəli piy və yağların ixracı 71 faiz, pambıq lifinin ixracı 49,9 faiz, meyvə-tərəvəz məhsullarının ixracı 22,1 faiz artıb. Eyni zamanda, alüminium və ondan hazırlanan məmulatların ixracında 32,2 faiz, çay ixracında 12,1 faiz, spirtli və spirtsiz içkilərin ixracında isə 9,4 faiz artım müşahidə olunub.Hesabat dövründə aqrar məhsulların ixrac dəyəri 298,3 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,3 faiz çoxdur. Aqrar-sənaye məhsullarının ixracı isə 31,6 faiz artaraq 119 milyon ABŞ dollarına yüksəlib. Nəticədə aqrar və aqrar-sənaye məhsullarının ümumi ixrac həcmi 417,3 milyon ABŞ dollarına çatıb.Yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə ixrac olunan məhsullar arasında qızıl 131,1 milyon ABŞ dolları ilə ilk sırada qərarlaşıb. Pambıq lifi 92,9 milyon ABŞ dolları ilə ikinci, mis filizləri isə 87,9 milyon ABŞ dolları ilə üçüncü olub.Təkcə aprel ayında da qızıl ixrac olunan qeyri-neft məhsulları arasında liderliyini qoruyub. Bu məhsul üzrə ixracın dəyəri 35,89 milyon ABŞ dolları olub. Pambıq lifi 35,83 milyon ABŞ dolları ilə ikinci, tomat isə 30 milyon ABŞ dolları ilə üçüncü yerdə qərarlaşıb.Ölkələr üzrə statistikaya görə, ilin ilk dörd ayında Azərbaycanın qeyri-neft ixracında əsas tərəfdaş Rusiya olub. Bu ölkəyə 306,6 milyon ABŞ dolları dəyərində məhsul göndərilib. Türkiyəyə ixrac 219,2 milyon ABŞ dolları, Gürcüstana 175,8 milyon ABŞ dolları, İsveçrəyə 139,5 milyon ABŞ dolları, Ukraynaya isə 56 milyon ABŞ dolları təşkil edib.Aprel ayında isə Rusiyaya 94,9 milyon ABŞ dolları, Türkiyəyə 79,3 milyon ABŞ dolları, Gürcüstana 55,1 milyon ABŞ dolları, İsveçrəyə 36,1 milyon ABŞ dolları və Ukraynaya 13,5 milyon ABŞ dolları həcmində qeyri-neft məhsulu ixrac olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hindistan viza şərtlərini sərtləşdirdi

Next Article

Bilyard üzrə Avropa yarışları Bakıda keçiriləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda təkafulun tətbiqi genişlənir

Aysel Əlibəyli 18 İyun 2026 · 16:34 1132 baxış Eyvaz Cəfərli İslam maliyyəsi sahəsində təkaful sisteminin mühüm rol oynadığını bildirib. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, “Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri” MMC-nin direktoru təkafulun […]

Dənizdə neft sızmalarının qarşısının alınmasında monitorinq vacibdir

Aysel Əlibəyli 21 İyun 2026 · 19:37 1148 baxış Ekspert dənizdə boru xətlərinə nəzarətin ekoloji risklərin azaldılmasında mühüm rol oynadığını bildirib. Dənizdə neft sızmalarının vaxtında aşkarlanması və aradan qaldırılması ekoloji təhlükələrin minimuma endirilməsi baxımından mühüm […]

Çinli liman rəsmisi Bakı Limanını Avropaya mühüm çıxış adlandırıb

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 13:41 1024 baxış Lyanyunqan limanı Bakı Limanı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir Elpress.az xəbər verir ki, Çinin Lyanyunqan limanının nümayəndəsi Bakı Limanının Avropa ilə nəqliyyat əlaqələrində mühüm rol oynadığını və […]

Sığorta sektorunun inkişafı müzakirə edilib

Aysel Əlibəyli 30 İyul 2026 · 16:44 1048 baxış Mərkəzi Bank sığorta xidmətlərinə çıxışın genişləndirilməsi məsələsini müzakirə edib Elpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankında ölkənin sığorta bazarının inkişaf perspektivlərinə dair görüş keçirilib.Mərkəzi Bankın sədri […]