--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Türkiyədə saxlanılan axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Elşən 20 May 2026 · 15:12 1131 baxış

Ədliyyə Nazirliyi beynəlxalq axtarışda olan və cinayət törətməkdə ittiham edilən şəxslərin ölkəyə gətirilməsi istiqamətində xarici dövlətlərlə əməkdaşlığı davam etdirir. Nazirliyin yaydığı məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş daha bir Azərbaycan vətəndaşı Türkiyədə saxlanılaraq ölkəmizə ekstradisiya olunub.

Elpress.az-ın Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, 2020-ci ildə mütəşəkkil dəstə tərkibində külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsində ittiham olunan Babayev Səbutər Adil oğlunun yeri Türkiyə Respublikasında müəyyən edilib və o, hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.

Baş Prokurorluğun təqdim etdiyi sorğu, beynəlxalq hüquqi prosedurlar və iki ölkə arasında aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana təhvil verilməsi barədə razılıq əldə edilib. Nazirlik bu əməkdaşlığın Azərbaycan ilə Türkiyə arasında hüquqi əlaqələrin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb.

Səbutər Babayev Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin əməkdaşlarının müşayiəti ilə Türkiyənin Antalya şəhərindən Bakıya gətirilib. O, məhkəmənin qərarına əsasən istintaq dövrü üçün müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Ədliyyə Nazirliyi beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək ölkəyə gətirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini açıqlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakı–Tbilisi qatarının bilet qiymətləri açıqlandı

Next Article

Magistratura imtahanının ilkin nəticələri elan olundu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mingəçevirdə faciə: 24 yaşlı gənc su anbarında boğuldu

Aysel Əlibəyli 07 İyul 2026 · 22:13 1142 baxış Mingəçevir su anbarında acı hadisə: Gəncin həyatını xilas etmək mümkün olmadı Elpress.az xəbər verir ki, Mingəçevir şəhərində bədbəxt hadisə baş verib. Mingəçevir su anbarında çimən gənc […]

Jurnalistin səhhəti pisləşib

Aysel Əlibəyli 19 İyul 2026 · 16:50 1092 baxış Həbsdə olan jurnalist Azər İsrafilovun səhhətinin pisləşdiyi bildirilir Elpress.az xəbər verir ki, Həbsdə olan jurnalist Azər İsrafilovun səhhətində ciddi problemlərin yarandığı bildirilir.Onun anası Zemfira İsrafilovanın sözlərinə […]

Samuxda quyuya düşmüş şəxs xilas olunub.

Aysel Əlibəyli 23 May 2026 · 18:28 1133 baxış Samux rayonunun Çobanabadlı kəndində bir nəfərin quyuda köməksiz vəziyyətdə qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Elpress.az-ın xəbərinə görə, bu […]