--:--:-- | 13 İyun 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Azeri Light neftinin qiyməti artdı

Elşən 22 May 2026 · 09:19 38 baxış

Azeri Light neftinin İtaliyanın Auqusta limanı üzərindən CIF şərtləri ilə satış qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,82 ABŞ dolları (1,62 faiz) yüksələrək bir barel üçün 114,14 dollara çatıb.

Elpress.az-ın məlumatına görə, Türkiyənin Ceyhan limanı üzrə FOB bazasında satılan Azeri Light neftinin bir bareli 1,85 dollar və ya 1,68 faiz bahalaşaraq 111,82 ABŞ dolları təşkil edib.

Eyni zamanda, URALS markalı neftin qiymətində də artım qeydə alınıb. Belə ki, bu markanın bir bareli əvvəlki qiymətlə müqayisədə 1,49 dollar (1,69 faiz) bahalaşaraq 89,52 dollara yüksəlib.

Şimal dənizində hasil olunan Dated Brent neftinin dəyəri də artaraq bir barel üçün 111,71 ABŞ dollarına çatıb. Bu göstərici əvvəlki qiymətdən 1,88 dollar və ya 1,71 faiz çoxdur.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta ixrac qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Əl Nəsr” ulduzu fərqli liqalarda kubok hədəfində

Next Article

Həcc ziyarəti üçün son zəvvar qrupu Məkkəyə çatdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Neft hasilatı 45% geriləyib

Aysel Əlibəyli 13 May 2026 · 18:33 26 baxış Yaxın Şərq və Körfəz bölgəsində münaqişə başlayandan neft hasilatı 45% geriləyib.Aprel ayında OPEC və təşkilata daxil olmayan bəzi neft istehsalçılarının yer aldığı OPEC+ alyansında gündəlik neft […]

İqtisadi Şuradan Ələt Zonasına yeni tapşırıqlar

Aysel Əlibəyli 11 İyun 2026 · 18:00 18 baxış İyunun 11-də Baş nazir Əli Əsədovin rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası baş tutub. Görüş zamanı ölkənin iqtisadi inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olunub və […]