--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

AZAL-ın sərnişin aviaşirkətinə yeni baş icraçı direktor təyin olunub

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 17:40 1108 baxış

Elpress.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) strukturuna daxil olan Sərnişin Aviaşirkətinə yeni baş icraçı direktor təyin edilib.

Bu vəzifəyə aviasiya sahəsində 30 ildən artıq təcrübəyə malik Mario Çaves gətirilib. O, aviaşirkətin növbəti inkişaf mərhələsinə rəhbərlik edəcək.Mario Çaves 2023-cü ildən “TAP Air Portugal” şirkətində əməliyyatlar üzrə baş direktor vəzifəsində çalışıb. Bundan əvvəl isə “Portugalia Airlines”də baş icraçı direktor, “Grupo SATA”da əməliyyatlar və kommersiya üzrə baş direktor vəzifələrini tutub. O, həmçinin “Cabo Verde Airlines”də müəyyən müddət baş icraçı direktor vəzifəsini icra edib, daha sonra korporativ işlər üzrə baş direktor kimi fəaliyyət göstərib.Çaves aviasiya sektorunda karyerasına 1995-ci ildə başlayıb. 1998-ci ildən “TAP Air Portugal”da pilot kimi çalışan mütəxəssis sonrakı illərdə IATA-nın baş qərargahında uçuş əməliyyatları, tənzimləmə və səmərəlilik istiqamətlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib. O, müxtəlif beynəlxalq aviaşirkətlərdə də yüksək vəzifələrdə çalışıb.Yeni rəhbərin əməliyyat və kommersiya idarəçiliyi, eləcə də beynəlxalq aviasiya sahəsində geniş təcrübəsinin aviaşirkətin inkişaf və genişlənmə strategiyasına töhfə verəcəyi bildirilir.

Qeyd olunub ki, təyinat AZAL-ın davamlı inkişaf, əməliyyat səmərəliliyinin yüksəldilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Metroda intervallar qısaldılır – yeni qrafik açıqlanıb

Next Article

İsa Türkoğlu: Qürbətdə böyüyən azərbaycanlı uşaqların ana dilində təhsili vacibdir.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AZAL Qarsa uçuşlara başlayıb

Aysel Əlibəyli 30 İyul 2026 · 17:06 1066 baxış AZAL-ın Qarsa ilk reysi həyata keçirilib — uçuşlar həftədə iki dəfə olacaq Elpress.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL) Bakı ilə Türkiyənin Qars şəhəri arasında […]

Türkiyə AI sahəsində növbəti mərhələyə keçir

Aysel Əlibəyli 13 İyun 2026 · 16:54 1126 baxış Türkiyə “Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı”nı təqdim edib. Elpress.az xəbər verir ki, İstanbulda keçirilən Süni İntellekt Zirvəsində açıqlanan sənəd ölkənin bu sahədə qarşıdakı […]