--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Türkiyə AI sahəsində növbəti mərhələyə keçir

Aysel Əlibəyli 13 İyun 2026 · 16:54 1140 baxış

Türkiyə “Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı”nı təqdim edib.

Elpress.az xəbər verir ki, İstanbulda keçirilən Süni İntellekt Zirvəsində açıqlanan sənəd ölkənin bu sahədə qarşıdakı beş il üçün əsas hədəflərini müəyyənləşdirir.Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bildirib ki, plan “fərqinə varmaq”, “istifadə etmək”, “istehsal etmək” və “idarə etmək” prinsipləri üzərində qurulub. Layihə çərçivəsində ilk mərhələdə “Milli Süni İntellekt Savadlılığı Proqramı” həyata keçiriləcək və iki il ərzində 5 milyon vətəndaşın təlimlərə cəlb olunması nəzərdə tutulur.Proqram çərçivəsində 10 min yüksəkixtisaslı süni intellekt mütəxəssisinin və 100 min peşəkar kadrın hazırlanması planlaşdırılır. Eyni zamanda, səhiyyə, kənd təsərrüfatı, müdafiə və elektron ticarət sahələrini əhatə edən 2 minə yaxın dövlət məlumat bazasının istifadəyə verilməsi nəzərdə tutulur.Fəaliyyət Planına əsasən, dövlət investisiya proqramlarında süni intellekt layihələrinə minimum 2 faiz vəsait ayrılacaq. Həmçinin 2030-cu ilədək ölkədə məlumat mərkəzlərinin quraşdırılmış gücünün 1 giqavata çatdırılması hədəflənir.Məlumat mərkəzləri, bulud texnologiyaları və süni intellekt infrastrukturlarının inkişafı üçün özəl sektorun iştirakı ilə ən azı 10 milyard dollar həcmində investisiya yatırılması planlaşdırılır.Prezident qeyd edib ki, məqsəd İstanbulu süni intellekt sahəsində beynəlxalq sərmayə və innovasiya mərkəzinə çevirmək, Türkiyəni isə bu texnologiyanın inkişafında aparıcı ölkələr sırasına çıxarmaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıdakı 205 nömrəli məktəbdə “Son zəng” sevinci yaşanıb

Next Article

Flora Kərimova xəstəxanaya yerləşdirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türkiyə də buğda istehsalında tarixi rekord gözləntisi.

Aysel Əlibəyli 30 May 2026 · 19:20 1226 baxış Yağıntılı mövsüm Türkiyə də fermerlərinə rekord buğda məhsulu ümidi verib Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyə də son aylarda yağıntıların həcmi son 66 ilin ən […]

Çinli liman rəsmisi Bakı Limanını Avropaya mühüm çıxış adlandırıb

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 13:41 1080 baxış Lyanyunqan limanı Bakı Limanı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir Elpress.az xəbər verir ki, Çinin Lyanyunqan limanının nümayəndəsi Bakı Limanının Avropa ilə nəqliyyat əlaqələrində mühüm rol oynadığını və […]

Muxtar Babayev: İqlim dəyişiklikləri fermerlərin fəaliyyətinə təsir edir

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 23:59 1070 baxış Elpress.az xəbər verir ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində kənd təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması məsələləri diqqət mərkəzində olub.Tədbir zamanı Kənd Təsərrüfatı Nazirliyi ilə birgə su […]

ADY 8 ayda 7,3 milyondan çox sərnişin daşıyıb

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:43 1112 baxış Dəmir yolu ilə sərnişindaşıma ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artıb Elpress.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları ilin ilk səkkiz ayı ərzində 7,3 […]