--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

AZAL 6 ayda sərnişin sayını 5 faiz artırdı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:32 1124 baxış

Azərbaycan Hava Yolları 2026-cı ilin ilk altı ayında 1,9 milyon sərnişinə xidmət göstərərək sərnişin daşımalarında ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artım qeydə alıb.

Elpress.az xəbər verir ki, Azərbaycan Hava Yolları 2026-cı ilin ilk yarısında marşrut şəbəkəsini genişləndirmək, donanmasını yeni nəsil təyyarələrlə gücləndirmək və rəqəmsal xidmətlərini inkişaf etdirmək istiqamətində fəaliyyətini davam etdirib. Hesabat dövründə aviaşirkət ümumilikdə 1,9 milyon sərnişinə xidmət göstərib. Beynəlxalq istiqamətlər üzrə səyahət edənlərin sayı 4 faiz artaraq 1,6 milyona çatıb, ümumilikdə isə 8 462 reys həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur.Bu müddətdə AZAL Şımkent istiqamətinə birbaşa uçuşlara başlayıb, Aktöbə, Atırau, Brüssel və Qars marşrutları üzrə müntəzəm reyslər üçün bilet satışını açıb. Hazırda aviaşirkətin marşrut şəbəkəsi 52 istiqaməti əhatə edir. Sərnişinlərin ən çox üstünlük verdiyi şəhərlər isə Moskva, İstanbul, Tbilisi, Təl-Əviv və Ankara olub.Hesabat dövründə donanmaya iki ədəd Airbus A320neo və AZAL tarixində ilk Airbus A321neo daxil olmaqla üç yeni nəsil təyyarə əlavə edilib. Bununla da istismarda olan təyyarələrin sayı 29-a yüksəlib. Bakı–Naxçıvan–Bakı marşrutu üzrə isə 1 868 reys yerinə yetirilib və 367 mindən çox sərnişin daşınıb ki, bu da hər iki göstərici üzrə 10 faizlik artım deməkdir.Bundan əlavə, aviaşirkət sərnişinlər üçün bir sıra yeni rəqəmsal xidmətləri istifadəyə verib. Onlayn əlavə baqaj xidmətinin genişləndirilməsi, “Stopover” və avtomobil icarəsi xidmətlərinin tətbiqi, müxtəlif beynəlxalq ödəniş sistemləri ilə inteqrasiya və xüsusi rouminq paketlərinin təqdim edilməsi sərnişinlər üçün xidmət keyfiyyətinin daha da artırılmasına xidmət edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

DİN-də 6 ayın yekunlarına həsr olunan Kollegiya iclası keçirildi

Next Article

Şahin Diniyev: “Vestri” ilə oyun “Qarabağ” üçün rahat keçəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanın enerji rolu daha da güclənəcək

Aysel Əlibəyli 06 İyun 2026 · 14:12 1188 baxış Enerji keçidi bir gecədə baş verə bilməz, bu proses zaman, planlı yanaşma və dayanıqlı infrastruktur tələb edir. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanın Rusiyadakı səfiri […]

AİH-nin ictimaiyyətlə əlaqələr strukturunda dəyişiklik

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 19:28 1086 baxış Azərbaycan İnvestisiya Holdinqinin ictimaiyyətlə əlaqələr istiqamətində vəzifə dəyişikliyi olub. Elpress.az xəbər verir ki, Liya Bayramova Holdinqin İctimaiyyətlə əlaqələr şöbəsinin yeni müdiri təyin edilib. Bundan əvvəl bu […]

Sığorta sektorunun inkişafı müzakirə edilib

Aysel Əlibəyli 30 İyul 2026 · 16:44 1078 baxış Mərkəzi Bank sığorta xidmətlərinə çıxışın genişləndirilməsi məsələsini müzakirə edib Elpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankında ölkənin sığorta bazarının inkişaf perspektivlərinə dair görüş keçirilib.Mərkəzi Bankın sədri […]

Azərbaycanda sığorta agentinin lisenziyası ləğv edildi

Aysel Əlibəyli 22 İyul 2026 · 12:17 1082 baxış AMB-nin qərarı ilə sığorta agentinin fəaliyyət lisenziyası ləğv olunub Elpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə Məmmədov Rizvan Qasım oğluna verilmiş […]