--:--:-- | 25 Avqust 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Şahin Diniyev: “Vestri” ilə oyun “Qarabağ” üçün rahat keçəcək

Aysel Əlibəyli 09 İyul 2026 · 15:35 1062 baxış

Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev “Qarabağ”ın UEFA Avropa Liqasında İslandiyanın “Vestri” klubuna qarşı keçiriləcək oyunda aşkar favorit olduğunu bildirib.

Elpress.az xəbər verir ki, Şahin Diniyev “Qarabağ”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Vestri” ilə keçirəcəyi qarşılaşmanı dəyərləndirərək Ağdam təmsilçisinin həm heyət, həm də oyun keyfiyyəti baxımından rəqibini üstələdiyini deyib. Onun sözlərinə görə, bu görüş “Qarabağ” üçün bəlkə də avrokuboklardakı ən rahat matçlardan biri olacaq.Təcrübəli mütəxəssis hesab edir ki, “Qarabağ” ilk oyunda cütün taleyini böyük ölçüdə həll edə bilər. O vurğulayıb ki, İslandiya təmsilçisi ölkəsinin aparıcı komandalarından sayılmır və bu baxımdan Azərbaycan çempionu rəqibindən bir neçə addım öndədir.Diniyev əlavə edib ki, komandanın yeganə çətinliyi yeni transferlərin kollektivə tam uyğunlaşmaması ola bilər. Bunun müəyyən vaxt tələb etdiyini qeyd edən mütəxəssis bu amilin də “Qarabağ”ın üstünlüyünə ciddi təsir göstərməyəcəyini bildirib.Qeyd edək ki, Qarabağ FK ilə Vestri arasında keçiriləcək görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da başlayacaq. Oyunu moldovalı baş hakim Roman Jitari idarə edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AZAL 6 ayda sərnişin sayını 5 faiz artırdı

Next Article

Ramid Namazov: Həssas məlumatlar artıq ölkə daxilində emal olunur

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bu gün bürünc medalın sahibi bəlli olacaq

Aysel Əlibəyli 18 İyul 2026 · 15:45 1046 baxış DÇ-2026: İngiltərə və Fransa bürünc medal uğrunda üz-üzə gələcək Elpress.az xəbər verir ki, Bu gün 2026-cı il dünya çempionatında üçüncü yer uğrunda oyun keçiriləcək.Yarımfinalda məğlub olan […]

İspaniya dünya çempionu oldu – Argentina finalda məğlub edildi

Aysel Əlibəyli 20 İyul 2026 · 02:09 1076 baxış Elpress.az xəbər verir ki, İspaniya futbol üzrə dünya çempionatının qalibi olub. Final qarşılaşmasında Argentina ilə üz-üzə gələn İspaniya əlavə vaxtda vurduğu qolla rəqibini məğlub edərək tarixində […]

Elvindən növbəti atmaca

Aysel Əlibəyli 07 İyun 2026 · 20:42 1102 baxış İntizamsız davranışa görə “Qarabağ”ın əsas komandasında yer almayan Elvin Cəfərquliyev uzun müddətdən sonra sosial şəbəkə hesabında paylaşım edib. Elpress.az xəbər verir ki, Hazırda Azərbaycan millisinin düşərgəsində […]