--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanda lazer hamarlamanın tətbiqi genişləndirilir

Aysel Əlibəyli 16 İyun 2026 · 11:32 1172 baxış

Azərbaycanda kənd təsərrüfatında su ehtiyatlarından səmərəli istifadənin artırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə müasir texnologiyaların tətbiqi genişləndiriləcək.

Elpress.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Qubada keçirilən regional müşavirədə deyib.Onun sözlərinə görə, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müasir suvarma sistemlərinin tətbiqi əsas prioritetlərdən biri kimi müəyyən edilib.Nazir müavini bildirib ki, pivot, damlama, mikroyağmurlama və sprinkler suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Hazırda ölkədə müasir suvarma sistemləri 130 min hektar ərazini əhatə edir və 2030-cu ilədək bu göstəricinin 300 min hektara çatdırılması planlaşdırılır.Seymur Səfərli qeyd edib ki, proqram çərçivəsində fermerlərə müasir suvarma sistemlərinin güzəştli şərtlərlə təqdim edilməsi, həmçinin qalıq dəyərinin güzəştli kreditlər vasitəsilə maliyyələşdirilməsi üçün mexanizmlər hazırlanacaq.O əlavə edib ki, kənd təsərrüfatı texnikası parkının yenilənməsi də əsas istiqamətlərdəndir. Belə ki, 22 hədəf rayon üzrə kombayn parkının 571 yeni kombaynla gücləndirilməsi nəzərdə tutulur.Nazir müavininin sözlərinə görə, Dövlət Proqramında lazer hamarlama texnologiyasının tətbiqi üçün subsidiya mexanizminin yaradılması da yer alıb. Bu çərçivədə 22 rayonda ümumilikdə 84,9 min hektar sahədə lazer hamarlamanın həyata keçirilməsi planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanlı gənc musiqiçilər Tbilisidə konsert veriblər

Next Article

Məktəbli forması məcburi olur: qaydalara əməl etməyənləri nə gözləyir?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycandan Ermənistana 977 ton dizel göndəriləcək

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:08 1072 baxış 16 vaqondan ibarət dizel yanacağı partiyası Ermənistana ixrac üçün yola salınacaq Elpress.az xəbər verir ki, Azərbaycandan Ermənistana daha bir partiya neft məhsulunun göndərilməsi nəzərdə tutulur.Sentyabrın 5-də […]

Azərbaycanın çay ixracı artıb

Aysel Əlibəyli 20 İyul 2026 · 16:55 1176 baxış İlin ilk yarısında Azərbaycanın çay ixracı 24 faizə yaxın artıb Elpress.az xəbər verir ki, Bu ilin yanvar–iyun aylarında Azərbaycandan 437,2 ton çay ixrac edilib. Dövlət Gömrük […]

“Azeri Light” Nefti Ucuzlaşdı

Elşən 24 Aprel 2026 · 10:00 1153 baxış Qlobal bazarlarda “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində eniş qeydə alınıb. Elpress.az APA-ya istinadən xəbər verir ki, neftin bir bareli 1,09 ABŞ dolları və ya təxminən 1% […]