--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

AMB: BOKT-ların regionlardakı əhatə dairəsi bəzi banklardan genişdir

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:07 1104 baxış

Xəyyam İsmayılov: BOKT sektorunda 4 mindən çox şəxs çalışır

Elpress.az xəbər verir ki, Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) regionlarda təmsilçilik səviyyəsi bəzi banklarla müqayisədə daha yüksəkdir.Azərbaycan Mərkəzi Bankının Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov bildirib ki, BOKT-ların regionlarda geniş təmsil olunması maliyyə xidmətlərinə çıxışı məhdud olan əhalinin bu xidmətlərdən yararlanmasına imkan verir.Onun sözlərinə görə, hazırda BOKT sektorunda 4 mindən çox şəxs çalışır və bu göstərici üzrə artım müşahidə edilir.AMB rəsmisi sektor üzrə məlumatların açıqlığının da artırıldığını qeyd edib. Bildirib ki, Mərkəzi Bank BOKT-ların mənfəət və zərər, balans və digər maliyyə göstəricilərini ictimaiyyətə açıqlayır.Xəyyam İsmayılovun sözlərinə görə, maliyyə məlumatlarının ictimailəşdirilməsi BOKT-ların fəaliyyətində intizamın yüksəldilməsinə və sektorun sağlamlaşdırılmasına xidmət edir.O əlavə edib ki, son illərdə BOKT-larda korporativ idarəetmə və daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində də tədbirlər görülür.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb

Next Article

Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan nefti yenidən bahalaşıb

Aysel Əlibəyli 20 İyun 2026 · 10:58 1136 baxış Dünya bazarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. Elpress.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,89 ABŞ dolları və ya 3,61 faiz […]

Hövsanda sürətli qatar layihəsi üçün söküntü işləri başladı

Aysel Əlibəyli 25 İyun 2026 · 16:36 1150 baxış Sürətli qatar xətti üçün Hövsanda hazırlıq mərhələsi: yaşayış evlərinin söküntüsünə başlanılıb, sakinlərə kompensasiya ödənilir Hövsan qəsəbəsində sürətli qatar layihəsinin icrası ilə əlaqədar dəmir yolu xəttinin yaxınlığında […]

Naxçıvanda bərpaolunan enerjidən elektrik istehsalı 44,6 faiz artıb

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:50 1070 baxış Yanvar-avqust aylarında elektrik enerjisinin 59,7 faizi alternativ mənbələr hesabına istehsal olunub Elpress.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 360 133,4 MVt/saat əmtəəlik […]

Sağlam qadın, sağlam gələcək: maarifləndirici görüş

Aysel Əlibəyli 09 İyun 2026 · 18:00 1174 baxış Azərlotereya” ASC-nin həyata keçirdiyi “Media klub” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir baş tutub. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, “Media klub” layihəsinin növbəti tədbiri bu dəfə […]