--:--:-- | 13 İyun 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Sağlam qadın, sağlam gələcək: maarifləndirici görüş

Aysel Əlibəyli 09 İyun 2026 · 18:00 64 baxış

Azərlotereya” ASC-nin həyata keçirdiyi “Media klub” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir baş tutub.

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, “Media klub” layihəsinin növbəti tədbiri bu dəfə jurnalistlərin iştirakı ilə Liv Bona Dea Hospitalında təşkil olunub. Qadın sağlamlığına həsr edilən maarifləndirici görüş səhər yeməyi formatında keçirilib və müxtəlif media qurumlarını təmsil edən 30-dan çox xanım jurnalisti bir araya gətirib.Tədbirin əsas məqsədi qadın sağlamlığının qorunması istiqamətində məlumatlılığın artırılması, profilaktik müayinələrin vacibliyinin diqqətə çatdırılması, erkən diaqnostikanın insan həyatında oynadığı mühüm rolun izah edilməsi, eləcə də süd vəzi xərçənginin vaxtında aşkarlanmasının əhəmiyyəti barədə maarifləndirici məlumatların paylaşılması olub.Görüş zamanı mütəxəssislər qadın sağlamlığı sahəsində aktual məsələlərə toxunaraq, müntəzəm tibbi müayinələrin, check-up proqramlarının və mamoqrafiyanın xəstəliklərin erkən mərhələdə müəyyənləşdirilməsindəki rolundan danışıblar. Həmçinin sağlam həyat tərzinin təşviqi, risk faktorlarının azaldılması və profilaktik tədbirlərin əhəmiyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Media nümayəndələrini maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.Tədbirin davamında iştirakçılar Liv Bona Dea Hospitalının fəaliyyət istiqamətləri, təqdim etdiyi tibbi xidmətlər, yüksək texnologiyalarla təchiz olunmuş müasir infrastrukturu və pasiyentlər üçün yaradılan imkanlar barədə ətraflı təqdimatla tanış olublar. Daha sonra jurnalistlər üçün hospitalın müxtəlif şöbələrini əhatə edən tanışlıq turu təşkil edilib. Tur çərçivəsində onlar cərrahiyyə, radiologiya, laboratoriya, pediatriya bölmələri, stasionar palatalar, helikopter eniş meydançası və digər mühüm tibbi infrastruktur obyektləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.Görüş iştirakçılarına əlavə olaraq özləri və ya ailə üzvləri üçün Liv Bona Dea Hospitalında check-up və ya mamoqrafiya müayinəsindən yararlanmaq imkanı təqdim olunub ki, bu da tədbirin sosial əhəmiyyətini daha da artırıb.Qeyd edək ki, “Azərlotereya” ASC tərəfindən mütəmadi şəkildə həyata keçirilən “Media klub” layihəsi media nümayəndələri ilə əməkdaşlığın möhkəmləndirilməsinə, ictimai əhəmiyyət kəsb edən mövzular üzrə maarifləndirmənin genişləndirilməsinə və sosial məsuliyyət təşəbbüslərinin təşviqinə xidmət edir. Layihə çərçivəsində müxtəlif sahələri əhatə edən görüşlərin təşkili cəmiyyət üçün faydalı məlumatların daha geniş auditoriyaya çatdırılmasına töhfə verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Folklorda Yaşayan Qərbi Azərbaycan

Next Article

Rəsmi Moskva: Rusiyanın taktiki nüvə silahları ABŞ üçün təhlükə deyil.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Naxçıvan büdcəsinə vergi axını yüksəldi

Aysel Əlibəyli 09 İyun 2026 · 10:22 68 baxış Naxçıvan Muxtar Respublikasında vergi daxilolmalarında artım müşahidə olunub. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi […]