--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Aİ-də yeraltı qaz anbarlarının doluluğu 62%-ə çatıb

Aysel Əlibəyli 22 Avqust 2026 · 11:58 1048 baxış

Avropanın qaz anbarlarında hazırda 68 milyard kubmetrə yaxın yanacaq saxlanılır

Elpress.az xəbər verir ki, Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının doluluq səviyyəsi 60 faizlik həddi keçərək 62 faizə çatıb.Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının məlumatlarına əsasən, hazırda Aİ ölkələrinin yeraltı anbarlarında təxminən 68 milyard kubmetr qaz ehtiyatı mövcuddur. Mövcud göstərici son beş ilin eyni tarix üzrə orta səviyyəsindən 17 faiz bəndi aşağıdır. Ötən ilin müvafiq dövründə isə anbarların doluluğu 75 faiz təşkil edib.Avropa Komissiyasının müəyyən etdiyi qaydalara əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-dək yeraltı qaz anbarlarının doluluğunu 90 faizə çatdırmalıdır. Qaz tədarükünün çətinləşdiyi hallarda bu tələb üzrə 10 faizədək elastiklik tətbiq edilə bilər.Mövcud vəziyyətə əsasən, 2026–2027-ci illərin payız-qış mövsümünə qədər tələb olunan səviyyəyə çatmaq üçün Avropanın yeraltı qaz anbarlarına əlavə olaraq ən azı 68 milyard kubmetr xalis qaz vurulmalıdır. Ötən il bu göstərici təxminən 55 milyard kubmetr olub.Qeyd edək ki, Azərbaycan qazının Avropa bazarına nəqli Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə 2020-ci il dekabrın 31-dən həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukrayna Rusiyanın Yeysk limanına dronlarla zərbə endirib

Next Article

Azərbaycandan tranzit keçməklə Ermənistana yeni yük göndərilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Naxçıvanda 6 981 qadın sahibkar fəaliyyət göstərir

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:33 1072 baxış Muxtar respublikada aktiv fiziki sahibkarların sayı 24 608 nəfərdir Elpress.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında hazırda 24 608 aktiv fiziki sahibkar fəaliyyət göstərir. Onların 6 […]

2027-ci ilin büdcəsində sosial xərclərin payı açıqlanıb

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 17:46 1072 baxış Azərbaycanın 2027-ci il dövlət büdcəsində sosialyönlü xərclərin xüsusi çəkisinin 44 faiz təşkil etməsi nəzərdə tutulur. Elpress.az xəbər verir ki, Bu barədə Baş nazir Əli Əsədov Nazirlər […]

İlham Bayramov: Aqrar sektor üzrə yeni hədəflər müəyyənləşdirilib

Aysel Əlibəyli 16 İyun 2026 · 15:14 1168 baxış Ağcabədidə Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarının nümayəndələrinin iştirakı ilə aqrar sahə üzrə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib. Görüşdə proqramın əsas […]