--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

İlham Bayramov: Aqrar sektor üzrə yeni hədəflər müəyyənləşdirilib

Aysel Əlibəyli 16 İyun 2026 · 15:14 1190 baxış

Ağcabədidə Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarının nümayəndələrinin iştirakı ilə aqrar sahə üzrə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib. Görüşdə proqramın əsas hədəflərinin izahı, fermer və sahibkarların məlumatlandırılması, həmçinin dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov Ağcabədi rayonunda jurnalistlərə açıqlamasında aqrar sahənin inkişafı istiqamətində hazırlanmış yeni Dövlət Proqramının əsas məqsədləri və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.O bildirib ki, yeni Dövlət Proqramında kənd təsərrüfatının bütün əsas istiqamətləri üzrə konkret hədəflər müəyyən edilib. Proqram çərçivəsində aqrar sektorun inkişafını sürətləndirmək, fermerlərin və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların imkanlarını genişləndirmək məqsədilə əvvəlki proqramlarda nəzərdə tutulmayan yeni güzəştlər, dəstək mexanizmləri və innovativ yanaşmalar tətbiq olunacaq.İlham Bayramov qeyd edib ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün fermerlərin, sahibkarların və digər maraqlı tərəflərin yeni imkanlar barədə ətraflı məlumatlandırılması vacibdir. Bu istiqamətdə keçirilən regional müşavirələr Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin izahı və yerli səviyyədə effektiv icrasının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.Onun sözlərinə görə, Dövlət Proqramının əsas hədəfi kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, aqrar sahədə səmərəliliyin yüksəldilməsi və nəticə etibarilə fermerlərin və sahibkarların gəlirlərinin çoxaldılmasıdır. Bu proses kənd yerlərində yaşayan əhalinin sosial rifahının yaxşılaşdırılmasına da mühüm töhfə verəcək.İlham Bayramov vurğulayıb ki, dövlət qurumlarının, fermerlərin və sahibkarların birgə fəaliyyəti nəticəsində müəyyən edilmiş hədəflərə çatmaq, regionlarda aqrar inkişafı daha da sürətləndirmək və kənd təsərrüfatında yeni nailiyyətlər əldə etmək mümkün olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dünya Bankı: Regional inteqrasiya ölkələrin gələcəyinə yol açır

Next Article

44 yaşlı usta emalatxanada həyatını itirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İstanbolda qəbir yeri qiymətləri açıqlandı

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:21 1106 baxış Türkiyənin meqapolisində qəbiristanlıq qiymətlərindəki kəskin fərq gündəm yaradıb Elpress.az xəbər verir ki, İstanbolda qəbir yerlərinin qiymətləri ilə bağlı rəsmi göstəricilər açıqlanıb və böyük müzakirələrə səbəb olub. […]

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 08:55 1090 baxış ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən NYMEX əmtəə birjasında təbii qazın fyuçers qiymətində eniş qeydə alınıb. Elpress.az xəbər verir ki, 2026-cı ilin noyabrında çatdırılma şərti ilə bağlanan […]

Qaradağda yeni Günəş Elektrik Stansiyası fəaliyyətə başladı

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 12:29 1140 baxış Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 16-da Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. Dövlət başçısına stansiya, layihəni həyata […]