--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Füzulidə istifadəyə yararsız ət aşkarlanıb

Aysel Əlibəyli 04 İyun 2026 · 18:27 1221 baxış

Füzulidə istifadəyə yararsız 120 kiloqram ət dövriyyədən çıxarılıb

Füzuli rayonu ərazisində aparılan nəzarət tədbirləri zamanı mənşəyi və keyfiyyəti şübhə doğuran külli miqdarda ət məhsulu aşkarlanıb.

Elpress.az xəbər verir ki, yoxlama Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları və polis əməkdaşlarının iştirakı ilə Alxanlı postunda həyata keçirilib.Nəzarət tədbiri çərçivəsində saxlanılan yük avtomobilinə baxış zamanı təxminən 120 kiloqram iribuynuzlu heyvana məxsus ət məhsulu müəyyən olunub. Müayinələr zamanı məhsulun istehlak üçün uyğun olmadığı üzə çıxıb.Araşdırma zamanı ətin sanitar-gigiyenik normalara uyğun şəraitdə saxlanılmadığı, daşınma qaydalarının pozulduğu və baytarlıq nəzarətindən keçmədiyi məlum olub. Məhsulun xarici görünüşündə və qoxusunda da ciddi dəyişikliklər qeydə alınıb.Avtomobilin sahibi izahatında heyvanın tələf olduğunu, sonradan kəsilərək başqa rayona aparılmasının nəzərdə tutulduğunu bildirib.Aşkarlanan məhsullar müvafiq qaydada götürülərək xüsusi saxlanc yerinə yerləşdirilib, laborator ekspertiza üçün nümunələr ayrılıb. Hadisə ilə bağlı araşdırma tədbirləri davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukrayna Silahlı Qüvvələrində azərbaycanlı rəis müavini təyin olundu

Next Article

Eşitmə məhdudiyyətlilər üçün dövlətlə birgə layihələr həyata keçirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gürcüstan rəsmisi: Üçtərəfli görüş mühüm əhəmiyyət daşıyır

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:16 1086 baxış Mamuka Barataşvili Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb Elpress.az xəbər verir ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük sahəsində əməkdaşlığın inkişafına həsr olunan üçtərəfli […]

Gömrükdə silah-sursat və strateji mallar üçün yeni qaydalar

Aysel Əlibəyli 04 Avqust 2026 · 14:37 1092 baxış Prezidentin yeni Fərmanı: Silah-sursat, fövqəladə hal malları və xüsusi yüklərin gömrük rəsmiləşdirilməsi sadələşdirilir Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin Gömrük Məcəlləsinə dəyişikliyin tətbiqi barədə imzaladığı […]

Türkiyə sənaye planlarını Zəngəzur dəhlizinə uyğunlaşdırır

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 21:43 1090 baxış Türkiyədə qarşıdakı dövr üçün sənaye siyasətinin formalaşdırılmasında regional nəqliyyat marşrutları da nəzərə alınır. Yeni sənaye zonalarının yerləşdirilməsi və istehsal gücünün bölüşdürülməsi planlarında Zəngəzur dəhlizi əsas istiqamətlərdən […]

Azərbaycanda kriptoaktivlərlə bağlı yeni tələb: lisenziya məcburi olacaq

Aysel Əlibəyli 29 İyun 2026 · 13:20 1188 baxış Elpress.az xəbər verir ki, Azərbaycanda qəbul edilməsi nəzərdə tutulan kriptovalyuta haqqında qanun layihəsinə əsasən, kriptoaktivlərlə bağlı fəaliyyət göstərmək istəyən təşkilatlar mütləq qaydada Azərbaycan Mərkəzi Bankından lisenziya […]