--:--:-- | 11 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

20 Ballıq Cərimə Həddi Artırılır?

Aysel Əlibəyli 02 İyun 2026 · 11:11 74 baxış

Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı müəyyən edilmiş 20 ballıq limitə yenidən baxılması ehtimalı gündəmə gətirilib və bu məsələ müzakirə mərhələsindədir.

Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hazırda qüvvədə olan 20 ballıq limitə yenidən baxılması məsələsi gündəmə gətirilib və bu istiqamətdə Milli Məclisə qanun layihəsi təqdim olunub. Məlumatlara görə, son günlər sürücülərə tətbiq edilən cərimələr və cərimə balları geniş ictimai müzakirələrə səbəb olub, xüsusilə 20 ballıq həddin bəzi sürücülər üçün ciddi çətinliklər yaratdığı vurğulanır. Ekspertlərin fikrincə, mövcud mexanizm yenidən qiymətləndirilə bilər.Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, son dövrlərdə cərimə balları ilə bağlı sürücülər arasında narahatlıq və narazılıq artıb. Onun sözlərinə görə, bunun əsas səbəbi son illərdə dayanma və durma qaydalarının bəzi pozuntularına görə təkcə cərimə deyil, eyni zamanda cərimə balının da tətbiq edilməsidir. O, xüsusilə səkilərdə park etmə, piyada keçidinə yaxın dayanma, avtobus zolağının pozulması və ikinci cərgədə dayanma kimi hallara görə 2 bala qədər əlavə edilməsini qeyd edib.Ekspert hesab edir ki, dayanma və durma qaydalarının pozulmasına görə tətbiq olunan bal sistemi yenidən nəzərdən keçirilməlidir. Onun fikrincə, bəzi pozuntulardan cərimə ballarının çıxarılması, eyni zamanda 20 ballıq məhrumiyyət həddinin 25–30 bala qədər artırılması daha məqsədəuyğun ola bilər.E.Muradlı həmçinin qeyd edib ki, bu istiqamətdə təkliflər artıq aidiyyəti qurumlar tərəfindən hazırlanaraq Milli Məclisə təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ-dən Afrikada diplomatik ixtisar qərarı

Next Article

18 aptekdə nöqsan – inzibati protokollar tərtib edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

SOCAR və “ExxonMobil” əməkdaşlığı müzakirə etdi

Aysel Əlibəyli 01 İyun 2026 · 22:14 42 baxış Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə corporate.exxonmobil.com⁠� şirkətinin vitse-prezidenti Con Ardil arasında görüş keçirilib. SOCAR-dan Elpress.az-a bildirilib ki, görüşdə SOCAR və corporate.exxonmobil.com⁠� arasında […]

Azərbaycan aqrar sektoru yeni zirvəyə doğru

Aysel Əlibəyli 27 May 2026 · 13:33 38 baxış Azərbaycan 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı ilə aqrar sektorda növbəti inkişaf mərhələsinə qədəm qoyur. Bu dəfə hədəf yalnız istehsal həcmini artırmaq […]