--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Rekordlarla yadda qalan komanda bu dəfə məyus etdi

Aysel Əlibəyli 07 İyul 2026 · 21:21 1119 baxış

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatları tarixində bu dəfə fərqli göstərici ilə gündəmə gəlib.

Elpress.az xəbər verir ki, 39 yaşlı hücumçu DÇ-2026-nın 1/8 final mərhələsində Misirə qarşı keçirilən oyunda penaltidən yararlana bilməyib.

Bu uğursuz zərbə ilə Messi dünya çempionatlarında yerinə yetirdiyi 8 penalti zərbəsindən 4-nü qola çevirə bilməyib və mundiallar tarixində ən çox penalti qaçıran futbolçu olub.

Argentinalı ulduz ilk dəfə 2018-ci il dünya çempionatında İslandiya ilə oyunda penalti qaçırmışdı. 2022-ci il mundialında Səudiyyə Ərəbistanı, Niderland, Xorvatiya və Fransa ilə qarşılaşmalarda dəqiq olsa da, Polşa ilə matçda da penaltini boşa vermişdi.

DÇ-2026-da isə Avstriya və Misirə qarşı oyunlarda da penalti zərbələrindən yararlana bilməyən Messi bununla mundial tarixində arzuolunmaz rekorda imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gəncədə yataqxanada yanğın: FHN hadisə yerində

Next Article

Bakıda baş verən yanğın söndürüldü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrıldı

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 23:01 1070 baxış AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov qurumdakı fəaliyyətini dayandırıb. Elpress.az xəbər verir ki, bu barədə M.Axundov özü məlumat verib. Qeyd edək ki, Murad Axundov AFFA-nın mətbuat […]

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 11:43 1058 baxış Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Ladislau-Marius Vizeri qəbul edib. Elpress.az xəbər verir ki, oktyabrın 3-də keçirilən görüşdə Azərbaycanda cüdonun inkişafı və Bakıda […]

FIFA U-15 Dünya Çempionatı ilə bağlı viza qaydaları sadələşdirildi

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 19:24 1096 baxış Azərbaycanda keçiriləcək 15 yaşınadək oğlanlar arasında ilk dünya çempionatı və festivalı ilə əlaqədar ölkəyə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza proseduru sadələşdirilib. Elpress.az xəbər […]