--:--:-- | 02 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

“Şamaxı” portuqaliyalı müdafiəçini transfer etdi

Aysel Əlibəyli 02 İyul 2026 · 17:40 1086 baxış

Premyer Liqa təmsilçisi “Şamaxı” yeni mövsüm öncəsi heyətini gücləndirmək üçün növbəti transferini reallaşdırmağa hazırlaşır. Klub portuqaliyalı müdafiəçi ilə razılıq əldə edib.

Elpress.az-ın Apasport.az-a istinadən verdiyi məlumata əsasən, “Şamaxı” klubu yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirir. Premyer Liqa təmsilçisi son olaraq Portuqaliyanın III Liqa klublarından olan “Paredes”də çıxış edən Rui Paçekonu heyətinə cəlb edib.Məlumata görə, 24 yaşlı portuqaliyalı mərkəz müdafiəçisi ilə bütün detallar üzrə razılıq əldə olunub. Transferin yaxın günlərdə klub tərəfindən rəsmi şəkildə açıqlanacağı gözlənilir.Rui Paçeko futbol karyerasına “Paços de Ferreira”nın akademiyasında başlayıb. Müdafiəçi daha sonra Portuqaliyanın “Rebordoza” klubunda çıxış edib. O, həmçinin “Porto” və “Qondomar” klublarının aşağı yaş qruplarında da forma geyinərək peşəkar futbol təcrübəsi qazanıb.“Şamaxı” rəhbərliyi yeni transferin komandanın müdafiə xəttinə əlavə güc qatacağına ümid edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiyanın Kiyevə zərbələrində ölənlərin sayı 20-yə çatdı

Next Article

Azərbaycan Polisi 108 illiyini qeyd etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Almaniyada 4 futbolçu penalti vurmaqdan imtina etdi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:44 1080 baxış Almaniya millisinin DÇ-2026-dakı mübarizəsi zamanı yaşanan penaltilər seriyasında gözlənilməz məqam yaşanıb. Komandanın bir neçə futbolçusu həlledici zərbəni yerinə yetirmək məsuliyyətini üzərinə götürmək istəməyib. Elpress.az xəbər verir […]

İkiqat çempionlar azarkeşlərlə görüşdü

Aysel Əlibəyli 11 İyun 2026 · 19:02 1128 baxış Minifutbol üzrə Avropa çempionatında növbəti qələbə ilə vətənə dönən milli komandamızın üzvləri sponsorları ilə birlikdə “Abşeron” Ticarət Mərkəzinin qonağı olublar. İkiqat qitə çempionu olan milli komandamız […]

“Kuboku Argentinaya verin !”

Aysel Əlibəyli 07 İyul 2026 · 22:45 1106 baxış Argentinaya məğlubiyyətdən sonra Zikodan qalmaqallı açıqlama: Hakimliyi tənqid etdi Elpress.az xəbər verir ki, Misir millisinin yarımmüdafiəçisi Mostafa Ziko 2026-cı il dünya çempionatının 1/8 finalında Argentinaya 2:3 […]