--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

İkiqat çempionlar azarkeşlərlə görüşdü

Aysel Əlibəyli 11 İyun 2026 · 19:02 1168 baxış

Minifutbol üzrə Avropa çempionatında növbəti qələbə ilə vətənə dönən milli komandamızın üzvləri sponsorları ilə birlikdə “Abşeron” Ticarət Mərkəzinin qonağı olublar.

İkiqat qitə çempionu olan milli komandamız “Abşeron” Ticarət Mərkəzində səmimi və qürurverici bir qarşılanma ilə qəbul olunub. Komanda üzvləri səhər saatlarında mərkəzin direktoru Araz Rəhimov tərəfindən xüsusi təşkil edilmiş səhər yeməyində qarşılanaraq səmimi söhbət mühitində təbrik ediliblər. Direktor idmançılarımızı qazandıqları parlaq qələbəyə görə ürəkdən təbrik edib, onlara gələcək yarışlarda da uğurlar arzulayıb və bu nailiyyətin ölkə idmanı üçün böyük dəyər daşıdığını vurğulayıb.Daha sonra tədbir azarkeşlərlə görüş formatında davam edib. Futbolçular fanatlarla bir araya gələrək xüsusi hazırlanmış milli komanda formalarını imzalayıblar, onlara xoş xatirə üçün avtoqraflar veriblər və səmimi söhbətlər ediblər. Azarkeşlər isə çempionlarla şəkil çəkdirmək, onların uğur hekayələrini dinləmək və bu tarixi anı yaxından yaşamaq imkanı əldə ediblər.Qeyd edək ki, “Abşeron” Ticarət Mərkəzi minifutbol üzrə Azərbaycan milli komandasının əsas sponsorlarından biri olaraq qalır və ölkəmizə böyük sevinc yaşadan idmançılara dəstəyini ardıcıl şəkildə davam etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Milli Kitabxanada dil və kimlik mövzusunda seminar

Next Article

Ukrayna Kramatorskdakı zavodları təxliyə edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Liverpool klubu baş məşqçi Arne Slotla əməkdaşlığa son qoyub.

Aysel Əlibəyli 30 May 2026 · 19:12 1228 baxış Liverpool klubunun baş məşqçisi Arne Slot vəzifəsindən uzaqlaşdırılıb, klub rəhbərliyi onun istefasını qəbul edib. Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Liverpool klubunda yeni baş məşqçi təyinatı […]

“Sabah” “Hapoel”i Tofiq Bəhramov stadionunda qəbul edəcək

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:39 1094 baxış “Sabah”ın Çempionlar Liqasının pley-off mərhələsində ev oyununun keçiriləcəyi stadion bəlli olub Elpress.az xəbər verir ki, “Sabah” futbol klubunun Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi ev qarşılaşmasının ünvanı […]

Türkiyə yarımfinala yüksəldi

Aysel Əlibəyli 23 İyul 2026 · 17:00 1100 baxış Türkiyə qadın voleybolçulardan ibarət milli komandası 2026-cı il Millətlər Liqasında yarımfinal mərhələsinə vəsiqə qazanıb. Elpress.az xəbər verir ki, türkiyəli voleybolçular 1/4 final qarşılaşmasında Kanada yığmasını 3:1 […]