--:--:-- | 18 Avqust 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Rusiyanın Kiyevə zərbələrində ölənlərin sayı 20-yə çatdı

Aysel Əlibəyli 02 İyul 2026 · 17:34 1054 baxış

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi kütləvi hava hücumlarından sonra itkilərin sayı artmaqda davam edir. Rəsmilər axtarış-xilasetmə əməliyyatlarının hələ də davam etdiyini bildirirlər.

Elpress.az xəbər verir ki, Rusiyanın iyulun 2-nə keçən gecədən etibarən Ukraynanın paytaxtı Kiyevə endirdiyi intensiv hava zərbələri ağır itkilərə səbəb olub. Son məlumata görə, hücum nəticəsində həyatını itirənlərin sayı 20 nəfərə yüksəlib.Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun verdiyi məlumata əsasən, hücumlar zamanı paytaxtın Obolon, Qoloseyev, Şevçenko, Svyatoşin və Podil rayonlarında yaşayış binaları və mülki infrastruktur obyektləri ciddi zərər görüb. Dağıntılar altında insanların qala biləcəyi ehtimal olunduğundan ölən və yaralananların sayının daha da arta biləcəyi istisna edilmir.Mərhələli şəkildə açıqlanan rəsmi məlumatlarda əvvəlcə 2 nəfərin öldüyü, 16 nəfərin yaralandığı bildirilsə də, sonradan ölənlərin sayı əvvəlcə 8-ə, daha sonra 10-a, 11-ə, 13-ə, 17-yə və nəhayət 20-yə çatıb. Yaralananların sayı isə son məlumata görə 86 nəfərdir. Onlardan 70 nəfəri xəstəxanaya yerləşdirilib.Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti və yerli hakimiyyət orqanları hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini, dağıntılar altında qalan insanların xilas edilməsi üçün əməliyyatların fasiləsiz aparıldığını bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tramp sevdiyi mahnının müəllifini yad etdi

Next Article

“Şamaxı” portuqaliyalı müdafiəçini transfer etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hindistan viza şərtlərini sərtləşdirdi

Aysel Əlibəyli 02 İyun 2026 · 11:49 1155 baxış Hindistan hökumətindən viza qaydalarına sərtləşdirici dəyişiklik Elspress.az-ın məlumatına əsasən, Hindistan Daxili İşlər Nazirliyi ölkədə viza qaydalarına yeni sərtləşdirilmiş dəyişikliklər tətbiq edib. Bildirilib ki, 180 gündən artıq […]

Türkiyə kruiz gəmisini limanlara buraxmadı

Aysel Əlibəyli 05 İyul 2026 · 20:09 1052 baxış Türkiyə hakimiyyəti LGBTQ+ icmasına xidmət göstərən kruiz gəmisinin ölkə limanlarına daxil olmasına icazə verməyib. Elpress.az xəbər verir ki, Türkiyə hakimiyyəti LGBTQ+ icmasına xidmət göstərən kruiz gəmisinin […]

Tramp: ABŞ və İran arasında saziş sabah imzalana bilər

Aysel Əlibəyli 13 İyun 2026 · 23:59 1084 baxış ABŞ Prezidenti Donald Trump İranla əldə olunan razılaşmanın iyunun 14-də imzalanmasının planlaşdırıldığını açıqlayıb. Elpress.az xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında paylaşım edib.Tramp bildirib […]