--:--:-- | 03 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Azərbaycan Polisi 108 illiyini qeyd etdi

Aysel Əlibəyli 02 İyul 2026 · 17:45 1094 baxış

Azərbaycanda Polis Günü münasibətilə Azərbaycan Polisinin yaradılmasının 108-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib. Tədbirlərdə polis orqanlarının fəaliyyəti və əldə olunan uğurlar xüsusi vurğulanıb.

Elpress.az xəbər verir ki, Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə ölkədə silsilə tədbirlər təşkil olunub. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə əklil qoyub, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad ediblər. Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub.Polis Akademiyasında keçirilən təntənəli mərasim həm “Polis Günü”nə, həm də 2025–2026-cı tədris ilinin məzun buraxılışına həsr edilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların, eləcə də xidməti vəzifələrini yerinə yetirərkən həyatını itirmiş polis əməkdaşlarının xatirəsi anılıb.General-polkovnik Vilayət Eyvazov Prezident İlham Əliyevin peşə bayramı münasibətilə təbrikini şəxsi heyətə çatdıraraq, Azərbaycan polisinin 108 illik şərəfli inkişaf yolundan, hüquq-mühafizə orqanlarında formalaşmış peşəkar ənənələrdən və dövlət rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. O bildirib ki, son illərdə Daxili İşlər Nazirliyində maddi-texniki baza müasirləşdirilib, struktur islahatları həyata keçirilib, əməkdaşların sosial müdafiəsi və peşə hazırlığı daha da gücləndirilib.Nazir çıxışında vətəndaş müraciətlərinə həssas yanaşmanın, qanunçuluğun təmin edilməsinin, etik davranış qaydalarına riayət olunmasının və cinayətkarlığa qarşı mübarizənin polis orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması və “Böyük Qayıdış” proqramı çərçivəsində polis və Daxili Qoşunların fəaliyyətinin uğurla davam etdirildiyi qeyd olunub.Tədbirin sonunda Polis Akademiyasını baş leytenant rütbəsi ilə fərqlənmə diplomu alaraq bitirən məzunlar təltif edilib, mərasim isə şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Şamaxı” portuqaliyalı müdafiəçini transfer etdi

Next Article

Belçika NATO sammitində milyardlıq silah alışını açıqlaya bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xəzərdə boğulmaların səbəbi naməlum varlıqlardı?

Aysel Əlibəyli 18 İyul 2026 · 15:08 1072 baxış Yay mövsümündə Xəzər dənizində boğulma hallarının artması müxtəlif iddialara səbəb olub. Bəzi sosial şəbəkə paylaşımlarında buna “naməlum varlıqlar”ın səbəb olduğu irəli sürülsə də, mütəxəssislər bu fikri […]

Külək güclənir: Əhaliyə sarı xəbərdarlıq edildi

Aysel Əlibəyli 11 İyun 2026 · 17:27 1122 baxış Milli Hidrometeorologiya Xidməti ölkənin bir sıra ərazilərində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq yayıb. Elpress.az xəbər verir ki, iyunun 12-13-də Bakıda və Abşeron yarımadasında, […]

Çimərliyə yollananlar üçün hava proqnozu

Aysel Əlibəyli 25 İyul 2026 · 09:36 1070 baxış Abşeron yarımadasında istirahət etməyi planlaşdıranlar üçün çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, gün ərzində çimərliklərdə şimal-şərq küləyi əsəcək, […]

Xəzər dənizində 3,4 Ballıq Zəlzələ Qeydə Alınıb

Elşən 25 May 2026 · 09:33 1158 baxış Xəzər dənizi ərazisində 3,4 maqnitudalı zəlzələ qeydə alınıb. Hadisə ilə bağlı məlumatı Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb. Qurumun Zəlzələlərin Tədqiqatı Bürosunun açıqlamasına əsasən, yeraltı təkanlar yerli vaxtla […]