--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

“Sabah”ın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşdi

Aysel Əlibəyli 08 İyul 2026 · 15:17 1106 baxış

Sabah BK basketbol komandasının FIBA Çempionlar Liqasının əsas mərhələsində qarşılaşacağı rəqiblər püşkatma mərasimindən sonra bəlli olub.

Elpress.az-ın Apasport.az-a istinadən verdiyi məlumata əsasən, FIBA Çempionlar Liqasının püşkatma mərasimindən sonra Azərbaycan çempionu “Sabah”ın əsas mərhələdəki rəqibləri dəqiqləşib. Komanda A qrupunda Türkiyənin Trabzonspor, Fransanın Nanterre 92 və Litvanın Rytas Vilnius kollektivləri ilə mübarizə aparacaq.Qeyd edək ki, FIBA Çempionlar Liqasının əsas mərhələsinə oktyabrın 6-da start veriləcək. Qrup mərhələsinin yekununa əsasən ilk yeri tutan komanda birbaşa turnirin ən güclü 16 komandası sırasına yüksələcək. Qrupu ikinci və üçüncü pillələrdə başa vuran kollektivlər isə növbəti mərhələyə vəsiqə uğrunda “play-in” raundunda üç oyunluq seriyada mübarizə aparacaqlar. İlk iki qələbə qazanan komanda növbəti mərhələyə yüksələcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xaçmazda polis əməliyyatı: silah və külli miqdarda heroin aşkarlandı

Next Article

Kənan Seyidovun birinci müavini təyin olundu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dünya çempionatında iki cüdoçumuz 1/8 finalda

Aysel Əlibəyli 04 Oktyabr 2026 · 13:45 1048 baxış Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatında Azərbaycan idmançıları mübarizəni uğurla davam etdirirlər. 60 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Əhməd Yusifov və Balabəy Ağayev növbəti […]

Batut və tamblinq çempionları bəlli oldu

Aysel Əlibəyli 10 İyun 2026 · 21:27 1122 baxış Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 10-cu, tamblinq üzrə isə 22-ci ölkə çempionatı uğurla yekunlaşıb. Yarışda Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” Klubunu təmsil edən təxminən […]