--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Batut və tamblinq çempionları bəlli oldu

Aysel Əlibəyli 10 İyun 2026 · 21:27 1138 baxış

Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 10-cu, tamblinq üzrə isə 22-ci ölkə çempionatı uğurla yekunlaşıb.

Yarışda Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” Klubunu təmsil edən təxminən 50-yə yaxın idmançı müxtəlif yaş kateqoriyalarında – yeniyetmələr, gənclər və böyüklər arasında güclərini sınayıblar. İdmançılar batut gimnastikasında fərdi və sinxron, tamblinqdə isə fərdi proqramlar üzrə çıxış edərək öz texniki hazırlıqlarını, çevikliklərini, koordinasiya və ustalıqlarını nümayiş etdiriblər.Gərgin və rəqabətli keçən mübarizədə hər hərəkətin dəqiqliyi, yüksək performans və sabitlik ön plana çıxıb, idmançılar isə birincilik uğrunda sonadək mübarizə aparıblar.Yarışda batut gimnastikası üzrə dünya çempionatının sinxron proqramında bürünc medalçısı və “Paris-2024” Yay Olimpiya Oyunlarının iştirakçısı Selcan Mahsudova, həmçinin III MDB Oyunlarının qızıl medalçısı Maqsud Mahsudov da çıxış ediblər. Tamblinq üzrə isə ikiqat dünya çempionu, Dünya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Tofiq Əliyev, üçqat dünya çempionu Mixail Malkin və ikiqat dünya çempionu Adil Hacızadə kimi tanınmış idmançılar da yarışda öz bacarıqlarını göstəriblər.Nəticələrə əsasən, batut gimnastikası üzrə qadınların fərdi proqramında Selcan Mahsudova, kişilərin fərdi proqramında isə Maqsud Mahsudov qızıl medal qazanıblar. Tamblinq yarışlarında Tofiq Əliyev qızıl, Mixail Malkin gümüş, Adil Hacızadə isə bürünc medala sahib olublar.Çempionatın keçirilməsində əsas məqsəd gənc və perspektivli idmançıların üzə çıxarılması, onların yarış təcrübəsinin artırılması, milli komanda üçün ehtiyat qüvvənin formalaşdırılması və ölkədə batut gimnastikası ilə tamblinq növlərinin inkişafına dəstək verilməsi olub. Yekun nəticələrə əsasən, Bakı Gimnastika Məktəbinin yetirmələri müxtəlif yaş qruplarında yüksək nəticələr göstərərək mükafatçılar sırasında yer almağı bacarıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sergey Kopırkin Moskva şəhərində keçirilən məsləhətləşmələrdən sonra İrəvana geri dönüb.

Next Article

Azov dənizində həlak olan azərbaycanlıların nəşləri ölkəyə gətirildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ülviyyə tarixə adını yazdırdı.

Aysel Əlibəyli 22 May 2026 · 21:05 1159 baxış Samokov şəhərində keçirilən güləş üzrə U-15 Avropa çempionatı davam edir. Azərbaycan Güləş Federasiyası məlumat yayıb ki, güləşçimiz Ülviyyə Musayeva final qarşılaşmasında türkiyəli Yağmur Minaz üzərində 11:0 […]

“Sabah”ın Çempionlar Liqası zəfərinə təbriklər

Aysel Əlibəyli 26 Avqust 2026 · 11:41 1100 baxış “Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunda tarixi uğur kimi qiymətləndirilir. Elpress.az xəbər verir ki, klubun bu nəticəsi həm komandanın qısa […]

“Qarabağ”ın potensial rəqibi bəlli oldu

Aysel Əlibəyli 20 İyul 2026 · 16:59 1096 baxış “Qarabağ” Kiyev “Dinamo”su ilə qarşılaşa bilər Elpress.az xəbər verir ki, “Qarabağ”ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.Məlumata görə, Ağdam təmsilçisi Avropa Liqasının 2-ci […]

Türkiyə yarımfinala yüksəldi

Aysel Əlibəyli 23 İyul 2026 · 17:00 1080 baxış Türkiyə qadın voleybolçulardan ibarət milli komandası 2026-cı il Millətlər Liqasında yarımfinal mərhələsinə vəsiqə qazanıb. Elpress.az xəbər verir ki, türkiyəli voleybolçular 1/4 final qarşılaşmasında Kanada yığmasını 3:1 […]