--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

“Sabah”dan ayrıldı, yeni klubunu seçdi

Aysel Əlibəyli 29 İyun 2026 · 18:41 1132 baxış

Seymur Məmmədovun yeni ünvanı bəlli oldu: Gənc futbolçu I Liqa klubuna keçdi

Elpress.az-ın Apasport.az-a istinadən verdiyi məlumata əsasən, I Liqa təmsilçisi “Şahdağ Qusar” yeni mövsüm üçün heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.Qusar klubu heyətinə daha bir futbolçu cəlb edib. Belə ki, “Sabah” klubunun futbolçusu Seymur Məmmədovla müqavilə imzalanıb.Klubun yaydığı məlumata əsasən, 23 yaşlı futbolçu ilə 1+1 illik anlaşma əldə olunub. Gənc yarımmüdafiəçi yeni mövsümdən etibarən “Şahdağ Qusar”ın uğurları üçün mübarizə aparacaq.Qeyd edək ki, Seymur Məmmədov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü olub. O, geridə qalan mövsümü icarə əsasında “Mingəçevir” klubunda keçirib.“Şahdağ Qusar”ın bu transferi komandanın yeni mövsüm öncəsi daha iddialı heyət qurmaq planlarının bir hissəsi kimi qiymətləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Valideynlər uşağı avtomobildə unutdu: faciənin qarşısını təsadüfi şahid aldı

Next Article

Kaya Kallas: Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahibdir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

WUF13-ün bağlanış və bayraq endirmə mərasimi keçirildi.

Aysel Əlibəyli 22 May 2026 · 17:45 1126 baxış Bakıda keçirilən WUF13 çərçivəsində bağlanış mərasimindən sonra rəsmi bayraq endirmə tədbiri baş tutub. Elpress.az- ın Qafqazinfo- a istinadən məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən mərasim zamanı […]

“Sabah”ın stadionu süni intellektlə 30 minlik oldu

Aysel Əlibəyli 29 Avqust 2026 · 13:14 1056 baxış Azərbaycan çempionu “Sabah”ın ev oyunlarını keçirdiyi stadion süni intellekt vasitəsilə yenidən dizayn edilib. Elpress.az xəbər verir ki, Muhammed Yusuf adlı xarici yutub kanalının müəllifi “Bank Respublika […]

“Fənərbaxça” Mert Hakanla müqaviləni yenilədi

Aysel Əlibəyli 05 İyul 2026 · 20:05 1100 baxış “Fənərbaxça” klubu komandanın kapitanlarından Mert Hakan Yandaşın müqavilə müddətini daha bir il uzadıb. Elpress.az-ın Apasport.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyənin “Fənərbaxça” klubu kapitanlarından biri olan Mert […]

“Neftçi” Elvin Camalovla yollarını ayırıb

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 20:42 1066 baxış Müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib Elpress.az xəbər verir ki, “Neftçi” futbol klubu yarımmüdafiəçi Elvin Camalovla yollarını ayırıb.Bakı təmsilçisi ilə futbolçu arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında […]