Portuqaliya millisində Kriştianu Ronaldonun ayrılmasından sonra onun geyindiyi “7” nömrəli formanı Rafael Leao təmsil edəcək.
Elpress.az xəbər verir ki, Portuqaliya mətbuatında yayılan məlumatlara görə, Leao artıq milli komandanın qarşıdakı oyununda bu nömrə ilə meydana çıxacaq.
Ronaldonun baş məşqçi Jorje Jezusla yaşadığı problemdən sonra yığmanın heyətindən ayrılması komandanın forma nömrələrində də dəyişiklik yaradıb.
Beləliklə, Rafael Leao UEFA Millətlər Liqası çərçivəsində Danimarka ilə keçiriləcək görüşdə Portuqaliyanın “7” nömrəli formasını geyinəcək. Qarşılaşma Kopenhagendə baş tutacaq.
Qeyd edək ki, “7” nömrəli forma uzun illər Kriştianu Ronaldonun adı ilə bağlı olub.


